REGİONLAR
Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, oktyabrın 28-də vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi, 3) Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Gəncə şəhərindən, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti İsayev Zülfüqar Məhərrəm oğlu, əlaqə telefonu (022-2664361), mobil (050-254-39-48), Yeni Gəncə Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Süleymanov Elçin Məmməd oğlu, əlaqə telefonu: mobil (050-254-39-58) və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Hüseynov Şəhriyar Fikrət oğlu, əlaqə telefonu: mobil (050-254-39-60) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.