Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaş məktubları: Cənab Prezident, Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu söyləyən anlarda keçirdiyimiz hisslər Sizin sayənizdədir

Vətəndaş məktubları: Cənab Prezident, Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu söyləyən anlarda keçirdiyimiz hisslər Sizin sayənizdədir

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları bu müvəffəqiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Ucar rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Tələt Əmirov yazır: “Hörmətli cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə Qələbəyə doğru inamla addımlayır. Ucar rayonunda məskunlaşmış məcburi köçkünlər Ordumuzun hər nailiyyətinə ürəkdən sevinirlər. Artıq böyük köçə, doğma yurdlarımıza qayıtmağa hazırıq. Əziz Prezidentimiz, biz məcburi köçkünlər daim Sizinləyik, bütün qərarlarınızı dəstəkləyirik. İnşallah, Sizinlə qayıdıb abadlaşdıracağımız doğma torpaqlarda görüşərik”.

Füzuli rayonunun Qayıdış-1 qəsəbəsindən Ramil İsmayılov, Tehran Heydərov və Tariyel İbişov yazırlar: “Hörmətli cənab Prezident, uğurlarımız böyükdür, ordumuz qalibdir. Böyük Qələbə, bayrağımızın Şuşada dalğalanacağı gün uzaqda deyil. Biz Qayıdış qəsəbəsində məskunlaşmışıq. Füzuli rayonunun kəndlərinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın böyük sevincinə səbəb oldu. Bizə bu sevinci yaşatdığınıza görə Sizə və şanlı ordumuza minnətdarıq. Füzulililər fərəh və qürur içindədirlər. Allah Sizi qorusun. Yaşasın, qalib Azərbaycan!”.

Bakı şəhərindən professor, Əməkdar müəllim Musa Quliyevin məktubunda deyilir: “Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan, Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə təşəkkür edirəm. Şanlı Ordumuzun iki gün ərzində qazandığı uğurlara görə Sizi qəlbən təbrik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir komandanlıq istedadınız bütün türk dünyasını valeh edib. Bizim apardığımız müharibə ədalətli müharibədir, torpaqlarımızı tezliklə yağı düşməni tapdağından azad edəcəyik. Cənab Prezident, Azərbaycan xalqı, o cümlədən alimləri, ziyalıları daim Sizinlədirlər. Qarabağ Azərbaycandır! Tanrı Sizə, xalqımıza, dövlətimizə və ordumuza yar olsun”.

Bakı şəhərinin sakini Mehran Hematyardan: “Hörmətli cənab Prezident, Sizi ilk qələbə xəbərləri münasibətilə təbrik edirəm. Mən əslən Cənubi Azərbaycandanam. Həyat yoldaşım Azərbaycan vətəndaşıdır. Bakıda yaşayan ailəmiz bir əsgər böyüdür. Ailəlikcə hamımız canımızı Azərbaycan yolunda fəda etməyə hazırıq. Hamımız Sizin arxanızdayıq. Allah Sizi qorusun. İnşallah, Sizin rəhbərliyinizlə işğala son qoyulacaq. Yaşasın, Azərbaycan!”.

Abşeron rayonunun Masazır qəsəbəsindən Mirnihad Həşimov yazır: “Hörmətli cənab Prezident, Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar hər bir vətəndaş kimi məni də çox qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarix dərsliklərində əsrlər boyu öyrəniləcək. Möhtərəm Ali Baş Komandan, Sizi daim dəstəkləyir və Zati-alinizə dərin minnətdarlığımızı bildiririk. Var olun, cənab Prezident!”.

Bakının Qaradağ rayonundan Bahar Quliyeva yazır: “Cənab Ali Baş Komandan, ilk növbədə, bizə bu günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümü bildirirəm. İllərdir görmədiyimiz, atalarımızın, babalarımızın haqqında həsrətlə danışdıqları torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi o qədər xoşbəxt edir ki, biz “Budur, Azərbaycanın şanlı Ordusunun gücü!” deyir və qələbəyə daha da ürəkdən inanırıq. Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildirəm. Lazım olarsa, mən də son damla qanımadək Vətən yolunda, torpaq yolunda döyüşməyə hazıram. Azərbaycan gəncliyi Sizin yanınızdadır, cənab Ali Baş Komandan, baxmayaraq ki, bu məktubu Sizə Bakıdan yazıram, əminəm, tezliklə doğma Qarabağdan - Xocalıdan yazacağam”.

Bakının Səbail rayonundan Lətif Səmədov: “Hörmətli cənab Prezident, bu, mənim Sizə ilk məktubumdur. Həyəcandan necə başlayacağımı bilməsəm də, nə yazmaq istədiyimi dəqiq bilirəm. Son iki gündə böyük fərəh hissi yaşayıram. Azərbaycanlı olmağımdan və Sizin kimi qətiyyətli Prezidentimizin olmasına görə qürur hissi duyuram. Əminəm ki, çoxsaylı təşəkkür məktubu alırsınız. Mən də bu məktubumla xalqımız üçün gördüyünüz işlərə görə Sizə təşəkkür etməyi özümə borc bilirəm. Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu, şərəflə azərbaycanlı olduğumuzu söyləyən anlarda keçirdiyimiz hisslər Sizin sayənizdədir. Xalqımız inanırdı ki, gün gələcək və hər şey həqiqətən də yaxşı olacaq. Həmin gün yaxındadır. Çox sağ olun, cənab Prezident. Bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü deyən ölkədir. Əminəm ki, yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edəcək, Azərbaycan bir cənnət parçası olacaq, hamımız Vətənimizdə başıuca, qürurla gəzəcəyik”.

Binəqədi rayonundan İsmayıl Gülverdiyev, Elşən Hüseynov və İsmayıl Adıgözəlov yazırlar: “Hörmətli cənab Prezident, əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur. Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, Sizinlə fəxr edirik. Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan!”.

Bakı şəhərindən Əməkdar elm xadimi, professor Vaqif Şadlinski: “Möhtərəm cənab Prezident, xalqımızın, hər bir sadə vətəndaşın ürəyi bu tarixi günlərdə fəxrlə döyünür, hər birimiz televiziya ekranlarının qarşısında qürurla zəfər sorağındayıq. Mənfur düşmənlərimiz özləri insaniyyətə zidd ideologiyalarının qurbanına çevrilərək silahımızın gücü qarşısında aciz qalıblar. Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, gənclərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması erməni-faşist rejiminin gününü qara edib. Əziz Prezidentimiz, Siz Azərbaycanı alınmaz qalaya, şanlı Ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Düşmən məhv edilir, qaçır. Azərbaycan əsgəri müqəddəs andına sadiq qalaraq torpağımızı azad edir. Biz qələbəni gözləyirdik, cənab Prezident! Bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan həkimləri və müəllimləri Sizin müsəlləh əsgərlərinizdir. Ali Baş Komandanımızın bizi tam qələbəyə çatdıracağına tamamilə əminik. Biz həmişə sizinləyik”.

Zaqatala rayonunun dindarları adından Malik Bilalov və Rasim Musayev yazırlar: “Cənab Prezident, son zamanlar ölkəmizdə pandemiya və müharibə ilə bağlı verdiyiniz qərarlar, gördüyünüz tədbirlər və yürütdüyünüz uğurlu siyasətiniz sayəsində xalqımızda ruh yüksəkliyi yaratdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız da Sizin siyasətiniz, ordumuzun gücü və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır”.

Zaqatala rayonunun daha bir sakini Sona Qazıyeva: “Möhtərəm cənab Prezident, bütün Azərbaycan xalqı kimi, biz ağbirçək analar da ermənilərin Vətənimizin torpaqlarının işğalını, xalqımıza qarşı soyqırımı siyasətini davam etdirməsinə bu gün də şahidik və bu hadisələri ürək ağrısı ilə izləyirik, düşmənə qarşı nifrətimiz daha da artır. Biz analar övlad itkisinin ağırlığını daha çox hiss edirik. Lakin yaxşı başa düşürük ki, Vətən itkisi bundan da dəhşətlidir. Odur ki, bu gün övladlarımızın ərazi bütövlüyümüzü bərpa edərək gələcək nəsillərə-nəvələrimizə miras qoymasını müqəddəs and və borc hesab edirik. Bu gün müstəqilliyimizin qorunması, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda bütün xalqımız kimi, biz ağbirçək analar da ölüm-dirim mübarizəsinə qoşulmağa hazırıq. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik. Biz hamımız yaxşı başa düşürük ki, Sizin xalqa arxalanaraq yenilməz siyasi iradəniz, rəhbər qətiyyətiniz, zəngin idarəetmə təcrübəniz, dünyada gedən proseslərə dərindən bələd olmağınız, baş verən hadisələrin səbəblərinin təhlili zamanı yüksək məharət və bacarığınız, qurduğunuz güclü Azərbaycan Ordusunun fəaliyyəti sayəsində torpaqlarımız tamamilə və tezliklə düşmən tapdağından azad ediləcək. Əziz Prezidentimiz, Ali Baş Komandan, biz Sizə inanırıq, Sizinlə birlikdəyik. Allah Sizi, xalqımızı və Ordumuzu qorusun”.

Qubanın Amsar kəndindən Elmin Sərdarlı: “Cənab Ali Baş Komandan İlham Əliyev, Sizinlə qürur duyuram. Azərbaycan xalqı Sizinlə qürur duyur, Sizin düzgün siyasətinizi alqışlayır. Mən gələcəyin jurnalisti kimi söz verir və and içirəm ki, Azərbaycanı xarici ölkələrdə tanıdacağam. Qürurla deyəcəyəm ki, “Mən fəxr edirəm ki, güclü, vüqarlı, şanlı Vətənim Azərbaycanın övladıyam. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.

Bakının Binəqədi rayonundan Gülnarə Şəmmədova: “Cənab Prezidentimiz İlham Əliyev, əvvəla, hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə sonsuz dərin təşəkkürümü bildirirəm. Bu gün isə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığınız üçün Sizə minnətdaram. Artıq üç gündür ki, böyük addımlarla zəfərə doğru gedirik. Əminik ki, Azərbaycan Ordusu daha da irəli gedəcək. Çünki artıq gücümüzlə dünyaya səs salmışıq. İnşallah, Qələbə bizimdir, Qarabağ bizimdir. Allahdan Sizə səbir, dözüm, daha təmkinli olmağı diləyirəm. Bütün Azərbaycan xalqına, xüsusən də bu gün səngərdə vuruşan igidlərimizə Ulu Tanrıdan cansağlığı, möhkəm olmağı, içlərindəki Vətən sevgisinin daha da artmasını diləyirəm. Cənab Prezident, biz Sizinləyik. Hər bir vətəndaş əmindir ki, bizim zəfərə sayılı günlərimiz qalıb. Çünki bizim güclü ordumuz, qorxmaz millətimiz var. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!”.

İmişlinin Mirili kəndindən Aqşin Mürsəlov: “Hörmətli cənab Prezident, bu gün Azərbaycan xalqı, Azərbaycan Ordusu vahid məqsəd, ümummilli hədəflər uğrunda mübarizədə Sizin ətrafınızda sıx birləşib. Bu birlik sayəsində Azərbaycan Ordusu mənfur düşmən üzərində qətiyyətli və tam qələbə ilə zəfər çalacaq. Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik. Allah Sizi qorusun, Ordumuza kömək olsun. Qələbə xalqımızın haqqıdır”.

Bakının Yasamal rayonundan Samir İsmayılov: “Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan, Sizin qətiyyətiniz cəbhədə qazanılan və qazanılacaq zəfərlərin təminatıdır. Vətənin müdafiəsi naminə gördüyünüz işlərdə xalqımızın hər bir üzvü Sizin arxanızdadır. Vətənin hər bir qarışından ötrü canımızdan keçməyə belə hazırıq. Sizinlə qürur duyuram. Bu günləri bizə nəsib edən Allahdan Sizə cansağlığı, başladığınız işi zəfərlə başa çatdırmağı arzulayıram. Mən fəxr edirəm ki, azərbaycanlıyam!”.

Binəqədi rayonundan dosent Nigar Zeynalova yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, ilk növbədə, bizlərə sevinc dolu günlər yaşatdığınız üçün çoxsaylı təhsil işçiləri, bütün Azərbaycan xalqı adından Sizə dərin təşəkkürümü bildirirəm. Rəşadətli Ordumuzun hazırkı zəfər yürüşü Sizin müdrik siyasətinizin, gərgin əməyinizin məntiqi nəticəsidir. Sizin adınız Azərbaycanın görkəmli sərkərdələri sırasına qızıl hərflərlə yazılacaq. Hər zaman olduğu kimi, indi də Sizə güvənir, Sizinlə qürur duyuruq. Bu çətin günlərdə ordumuza əlimizdən gələn köməyi etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün Azərbaycan Sizin sayənizdə güclü, müasir silah-sursatla təchiz olunmuş orduya malikdir. İnşallah, azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanacaqdır. Biz həmin işlərin də öhdəsindən birlikdə gələcək, Qarabağı çiçəkləndirəcəyik”.

Tərtər rayonunun Bəyimsarov kəndindən Anar Rüstəmov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ordumuz düşmən üzərində üstünlük qazanmaqda davam edir. Biz əminik ki, ordumuz tezliklə işğal altında olan torpaqlarımızı işğalçılardan təmizləyəcək və xalqımız Qarabağda, Şuşada öz milli bayramlarını qeyd edəcək. Cənab Ali Baş Komandan, qəhrəman Tərtər gənci olaraq hər an döyüşə qatılmağa hazıram”.

Bakının Nərimanov rayonundan Elnur Qurbanov: “Hörmətli cənab Prezident, Sizin hər bir qərarınız xalqımızın gələcəyi, firavan həyatı, xoş günləri üçün qəbul edilir. Koronavirus pandemiyasına qarşı görülən tədbirlər Azərbaycanı bu bəladan ən az itkilərlə qurtulan ölkələr siyahısına saldı. Buna görə də xalqımız qəbul etdiyiniz hər bir qərarı alqışlayır. Cənab Ali Baş Komandan, Təhlükəsizlik Şurasının son iclasındakı çıxışınızı dinləyərkən ürəyim dağa döndü, qələbə müjdələri gözlərimi sevinc göz yaşları ilə doldurdu. Cənab Prezident, cəbhəyə yollanmaq üçün əmrinizi səbirsizliklə gözləyirəm. Sizə sevgim, güvənim sonsuzdur. Bizə yaşatdığınız sevincə görə Sizə dərin minnətdarliğımı bildirirəm. Məktubumu hamımızın şüarına çevrilmiş sözlərinizlə bitirmək istəyirəm: “Qarabağ Azərbaycandır!”.

Türkiyənin Ankara şəhərindən İbrahim Uluer dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, mən Türkiyə vətəndaşı, şəhid qardaşı olaraq Azərbaycanı şərəfli mübarizəsində dəstəklədiyimi bildirirəm. Ölkəmin terrorla mübarizəsində iştirak etdiyimi, terrorla məşğul olan işğalçıların dinc əhalini rahat yaşamağa qoymadığını yaxşı bilirəm. Mənim üçün Türkiyə də, Azərbaycan da vətəndir. Vətənimin hər qarışı mənim üçün müqəddəsdir. Şanlı qələbənizin qazanılması üçün irəlilədiyiniz yolda Sizinlə birlikdə addımlamaq mənim üçün şərəf olardı. Can Azərbaycana uğurlar arzulayıram”.

Ankara şəhərindən Caner Sarsılmaz: “Hörmətli cənab Prezident, Ermənistanın işğalı altında olan bir neçə kəndin düşməndən azad edilməsi münasibətilə Sizi təbrik edir, bu yolda şəhid olanlara görə başsağlığı verir, heç nəyin Azərbaycan xalqının əzmini qıra bilməyəcəyinə əmin olduğumuzu bildirirəm. Mən də Qələbə yolunda irəliləyən əsgərlərinizlə birlikdə addımlamağa, qardaşlarımla çiyin-çiyinə döyüşməyi istəyirəm və Azərbaycanın haqq işində son damla qanıma qədər mübarizə aparmağa hazıram”.

Atakum şəhərindən İnan Güvən: “Hörmətli cənab Prezident, Ermənistanın işğalçı siyasətinə görə üzləşdiyiniz müharibə vəziyyətinə görə narahatlıq keçirsək də, Qələbənin mütləq Sizinlə olacağına inanırıq. Azərbaycana gələn bəla bizə də gəlmiş sayılır. Buna görə də hər bir türk bütün imkanları ilə Sizinlə birlikdə olduğunu bildirir. Mən də onlardan biriyəm. Türkiyə-Azərbaycan qardaşlığı əbədi davam edəcəkdir. Sizə dəyən zərərin bizə dəydiyini düşünərək, hər zaman döyüşə hazırıq. Biz də Sizin əmrinizdəyik”.

Malatya şəhərindən Öterkuş Mustafa: “Hörmətli cənab Prezident, mən könüllü olaraq cəbhədəki azərbaycanlı qardaşlarımla birlikdə vuruşmağa hazıram. Sizin yolunuz haqq yoludur və bu yolda olmaq hər bir türk üçün böyük şərəfdir. Sizə Qələbə arzulayıram, cənab Prezident!”.

Türkiyə Memur-Sen Həmkarlar Təşkilatının sədri Ali Yalçın yazır: “Hörmətli cənab Prezident, tarixi keçmişdən bu günədək daim Ermənistanın təcavüzkarlığının Azərbaycan dövlətinə və xalqına təhlükə törətdiyini görürük. Erməni terroruna və işğalına qarşı mübarizədə irəli sürdüyünüz qətiyyət şübhəsiz ki, təqdirəlayiqdir. Başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla türk xalqı, o cümlədən rəhbərlik etdiyim qurum daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Azərbaycanın ərazi bütövlüyünü pozaraq işğalçılıq siyasətini davam etdirən Ermənistanın iç üzünü göstərmək, beynəlxalq qurumlara, təşkilatlara həqiqəti çatdırmaq üçün səylərimizi əsirgəmədik. Ortaq tariximiz, ortaq inancımız və ortaq iradəmiz üzərində birlikdə qurduğumuz “bir millət, iki dövlət” konsepsiyası ilə ortaq varlığımız var. Azərbaycan müstəqilliyini qorumalı və yaşatmalı olan qardaş ölkədir. Allah bu mübarək səfərdə Sizə kömək olsun!”.

Bursa şəhərindən Ramazan Mutlu: “Hörmətli cənab Prezident, Ermənilərin Azərbaycana qarşı təcavüzünü görüb sakit dayana bilmirik. Bizə də şərait yaradın, Qarabağ uğrunda biz də vuruşaq. Bu erməni cəlladları neçə illərdir türkə düşmən kəsilib. Artıq zamanı çatıb, onları Qarabağdan çıxarmalıyıq. Cənab Ali Baş Komandan, bir daha bildirmək istəyirəm ki, əmrinizi gözləyirəm. Qardaşlarımla bir cəbhədə olmaqdan böyük qürur duyardım”.

Antalya şəhərindən Metin Fahri, Murat Ablak və Aşık Turan yazırlar: “Hörmətli cənab Prezident, biz bir millət, iki dövlətik. Biz türkük, qardaşıq, eyni kökdənik. Yola çıxmış olduğunuz bu uğurlu mübarizədə Rəbbim yardımçınız olsun. Canımızla, qanımızla azərbaycanlı qardaşlarımızın yanındayıq. Qulağımız səsdə, könlümüz yoldadır. Bir çağırış edin, yetər”.

İstanbul şəhərindən Veli Yıldız: “Hörmətli cənab Prezident, əvvəla cəbhə bölgəsində baş verən döyüşlərdə şəhid olmuş qardaşlarımızın ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağlamlıqlarına qovuşmaları üçün dua edirik. Sizin üçün orada könüllü döyüşməyə hər zaman hazır olduğumu bilməyinizi istəyirəm. Bir canım deyil, min canım olsa, azərbaycanlı qardaşlarıma fəda edərəm. Azərbaycan-Türkiyə: İki dövlət, bir millət, bir ürək!”.

Bursa şəhərindən Oğuz Aydın: “Hörmətli cənab Prezident, dost və qardaş ölkənin, can Azərbaycanın rəhbəri kimi Sizi salamlayır, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Son zamanlar ermənilərin ölkənizə və mülki vətəndaşlara qarşı təcavüzü bizi də hiddətləndirdi. İşğalçı və təcavüzkar ölkəyə qarşı mübarizənizdə Sizin, can Azərbaycanın yanındayıq. Dinimizə və türkçülüyə təhlükə yaradan nə varsa, mən son damla qanıma qədər onunla mübarizə aparmağa hazıram. Qarabağ Azərbaycanındır! Bu, belə olub və daim belə olacaq! Allah yar və yardımçınız olsun”.

İzmir şəhərindən Fahri Emre Recber: “Hörmətli cənab Prezident, mən Türkiyə vətəndaşı olaraq hər bir azərbaycanlının qardaşıyam. Uzun illərdir Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirəm. Sizin torpaqlar mənim üçün də doğmadır. Hazırda erməni təcavüzünə qarşı mübarizənizi tam dəstəkləyir, hər an yanınızda olduğumu bildirirəm. Qılıncınız kəskin, qələbələriniz davamlı olsun!”.

Adana şəhərindən İsmail Serkan Büyükoğlu və Erdi Bozkurt: “Hörmətli cənab Prezident, Azərbaycan və Türkiyə iki qardaş ölkə, tək millətdir. Qardaş və dost çətin gündə tanınar. Bu günlər Azərbaycan üçün çətin olmaqdan daha çox şərəflidir. Belə günlərdə Sizin yanınızda olmağa, canımız və qanımızla kömək etməyə hazırıq. Allah türkü qorusun! Bayraq enməz, Vətən bölünməz!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO