Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaşlar Prezidentə yazırlar: Siz bu Qələbə ilə Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdiniz

Vətəndaşlar Prezidentə yazırlar: Siz bu Qələbə ilə Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdiniz

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda vətəndaşlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Ankara şəhərindən Kadir Başar yazır: “Hörmətli cənab Prezident, 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qarabağ müharibəsi dövründə göstərdiyiniz yüksək liderlik keyfiyyətləri digər ölkələrin başçıları üçün nümunədir. Azərbaycan Ordusunun müasir silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlanması və çox çətin relyefli ərazidə inamla qalib gəlməsi dünyanın bir çox yerində həsəd və qısqanclıqla qarşılandı. Allah 1992-ci ilin fəlakətlərini yenidən Azərbaycana yaşatmasın, həmişə qalib gələnlərdən etsin. Azərbaycanın yolu həmişə açıq olsun. Sizə cansağlığı və uğurlar diləyirəm”.

Hatay şəhərindən Rıfat Sağlam: “Hörmətli cənab Prezident, biz türklər Azərbaycanın qazandığı qələbələrə elə azərbaycanlılar qədər sevinirik. Torpaqların geri alınması hamımızı qürurlandırır. Artıq rahat nəfəs ala bilərik, dədə-babalarımızın ruhu şad ola bilər. Vətən torpağı işğalçıdan azad olundu. Ulu Atatürkümüzün dediyi kimi, türkün türkdən başqa dostu yoxdur. Mən də Azərbaycan xalqının yaxın dostu kimi qazandığınız qələbələrdə az da olsa töhfəm olsun deyə balaca ərmağan göndərirəm. Sizi və Azərbaycan xalqını çox sevirəm. Sizin cəsurluğunuz, cəsarətiniz bizi də ürəkləndirir, ruhlandırır. Dünya var olduqca Türkiyə və Azərbaycan dostluğu da var olacaq”.

Antalyadan Sami Coşar: “Hörmətli cənab Prezident, Qarabağ uğrunda mübarizədə Ermənistana və havadarlarına ədalətin gücünü göstərdiyiniz üçün çox sağ olun. Türkiyədə yaşayan hər bir vətəndaşın qəlbi bu günlərdə qardaşlarımızın ürəyi ilə bir vururdu. Bu mübarizə kimin türkə dost, kimin düşmən olduğunu göstərdi. Ən qısa zamanda Azərbaycana, Bakıya gəlib bu şərəfli günləri sizlərlə bir yerdə yaşamaq istəyimin həyata keçməsini səbirsizliklə gözləyirəm”.

Karabükdən Kamal Yıldız: “Hörmətli cənab Prezident, Sizi müzəffər fateh kimi salamlamaqdan xoşbəxtlik hissləri keçirirəm. Zəfəriniz mübarək olsun! Ordunuz hər zaman qalib olsun! Cənab Prezident, mən Türkiyədə yaşayıram. Hər səhər namaz qılarkən Azərbaycan üçün, ordunuz üçün dualar oxuyuram. Sizin üçün isə fateh surəsini təkrarlayıram. Bu vaxt göz yaşlarımı saxlaya bilmirəm. Bu qürurdan, sevincdən, doğmalıqdan doğan göz yaşlarıdır. Allah daim köməyiniz olsun! Allah Sizi qorusun, ona əmanət olun!”.

İsraildən Yevgeni Xazanov yazır: “Möhtərəm cənab Prezident İlham Heydər oğlu Əliyev, Azərbaycanda anadan olmuş və hazırda İsraildə yaşayan bütün dostlarım adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edirəm. Bu tarixi gün təkcə Azərbaycanda deyil, eyni zamanda, bütün dünyada da zəfər salnamələrinə əbədi yazılacaq. Bu günlərdə mən Azərbaycan xalqının Qələbəsi ilə sözlə ifadə edilməyəcək sonsuz qürur duyuram. Allah Sizə uzun ömür, cansağlığı versin, Azərbaycan xalqına dinc səma altında yaşamağı nəsib etsin. Qarabağ həmişə Azərbaycan olub və olacaq!”.

Ağcabədi rayonunun sakini Hikmət Aslanov: “Hörmətli cənab Prezident, Sizi və Azərbaycan xalqını bu böyük Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. İşğaldan azad edilmiş hər bir kəndimizdə, qəsəbəmizdə, yüksəkliklərimizdə Azərbaycan bayrağının dalğalandığını görmək bizim üçün böyük fəxarətdir. Bir vətəndaş kimi dövlətim, Prezidentim və xalqımla fəxr edirəm. Yaşasın İlham Əliyev! Qarabağ Azərbaycandır!”.

Sumqayıt şəhərindən Əfsanə Ağaməmmədova: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə şanlı ordumuzun Qarabağımızı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyuldu. Sizin həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğunuzun ən bariz nümunəsini nəinki Azərbaycan xalqı, bütün dünya gördü. Necə gözəl hissdir ki, Sizinlə eyni dövrdə yaşayıram və silinməz, şanlı tarixə şahidlik edirəm. Cənab Prezident, Sizə şəxsən öz adımdan və ailəm adından təşəkkür edirəm. Bizim dədə-baba yurdumuz olan Qubadlımıza dönməyimizi artıq səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Yevlax sakini Firail Mahmudov yazır: “Hörmətli cənab Prezident, bu günlər nəinki mənim, bütün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Var olun, cənab Prezident, Qələbəni bizə bəxş etdiyiniz üçün! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycan xalqınındır! Bunu edən Siz oldunuz. Azərbaycan xalqı Sizin, Siz isə Azərbaycan xalqının arxasında mərdliklə mətanətlə dayandınız. Sizin səyləriniz və Azərbaycan xalqının əzmi, əsgərimizin mərdliyi Qarabağı bizə bəxş etdi. Çox sağ olun, cənab Prezident, var olun! Sizin siyasətiniz nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Artıq bir çox dövlətlər Sizinlə Cənubi Qafqazda məsləhətləşmələr aparacaq. Bu nəticələr neçə illik təcrübənizin, savadınızın nəticəsidir. Bunu Azərbaycana nəsib etdiyiniz üçün Sizinlə fəxr edirəm. Cənab Prezident, Allah-Təala Sizə uzun ömür bəxş etsin! Xahiş edirəm, daim Azərbaycan xalqının yanında olun! Ömürlük bizim Prezidentimiz olun! Bu günləri, bu xoşbəxtliyi Siz bizə nəsib etdiniz. Buna görə də Allah-Təala Sizdən razı olsun. Sizin uğurunuz Azərbaycanın, Azərbaycan gəncliyinin uğurudur. Allah şəhidlərimizə rəhmət etsin. Sizi mən və təbii ki, bütün Azərbaycan xalqı müddətsiz Prezident görmək arzusundayıq. Yaşa, yaşa cənab Prezident, yaşa, yaşa daim yaşa, ey şanlı Azərbaycan!”.

Qubadlı sakini Turabxan Həsənli: “Hörmətli cənab Prezident, Azərbaycanın müzəffər ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki parlaq qələbəsi xalqımızın tapdanmış qürurunu yenidən özünə qaytardı. Artıq dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar qürurla “mən azərbaycanlıyam və mənim Prezidentim İlham Əliyevdir” deməklə böyük iftixar hiss edirlər. Sizə nə qədər təşəkkür etsək azdır. Bu 17 ildə Sizin yürütdüyünüz daxili və xarici siyasətin nəticəsidir ki, xalqımız böyük sevinc hisslərinə bürünüb. Allah Sizi və şanlı Azərbaycan Ordusunu qorusun”.

Qəbələdən Xanlar Kərimov: “Möhtərəm cənab Prezident, icazə verin, xalqımızın əvəzsiz Prezidentini, sərkərdəsini, diplomatını, böyük şəxsiyyətini bizlərə Qələbə qüruru və sevinci yaşatdığı üçün ürəkdən təbrik edim. Sizə cansağlığı, valideyn xoşbəxtliyi arzulayıram. Bu Qələbəni Sizin rəhbərliyiniz altında həyatını, gələcəyini ortaya qoyan müzəffər Azərbaycan əsgərinin, zabitinin sayəsində qazanmışıq. Bu Qələbə ilə Siz özünüzün və Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdiniz. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Ali Baş Komandana! Ulu Öndərimizə, Zərifə xanıma Allah qəni-qəni rəhmət eləsin! Nə yaxşı ki varmışlar, nə yaxşı ki, Sizin kimi bir oğulu bizə ərmağan etmişlər. Cənab Prezident, bütün bunlar sıradan bir iş deyil. Bütün bunların hamısı İlahidəndir - valideyndən övladına keçən ilahi bir güc. Bu möhtəşəm Qələbənin əldə olunmasında şəhid düşən Vətən övladlarının əziz xatirəsi önündə dərin hörmət və minnətdarlıqla baş əyirəm. Bədəninin müəyyən hissəsini itirən, əlil olmuş hərbçilərimizə şəfalar diləyir, yaralı qardaşlarımıza tezliklə sağalmalarını arzulayıram. Türkiyə dövlətinə, xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana göstərdikləri misilsiz mənəvi və siyasi dəstəyə görə təşəkkür edirəm. Tanrı Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını qorusun! Cənab Prezident, Siz ilk gündən işğal olunmuş torpaqların Azərbaycana qaytarılacağını bildirirdiniz. Sizin sözünü tutan birisi olduğunuzdan bütün xalq da bunu ancaq Sizin bacara biləcəyinizə inanırdı. Azərbaycan xalqı hər zaman Sizin arxanızda oldu və Sizə sonsuz dəstək ifadə etdi. Nəhayət, Azərbaycana Qələbə sevinci yaşatdınız. Siz bu Qələbənizlə Ulu Öndərin arzularını gerçəkləşdirdiniz. Ərazisi işğal olunmuş, suveren haqları tapdanmış bir ölkəni, Azərbaycan Respublikasını dünya xəritəsində layiq olduğu yerə qoydunuz. Allah daim Sizi, ordumuzu və xalqımızı qorusun! Amin! Qarşınızda baş əyir, ən dərin hörmətimi, minnətdarlığımı bildirirəm”.

Bərdə sakini Knyaz Əliyev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, böyük Qələbə münasibətilə Sizi, rəşadətli Azərbaycan Ordusunu, xalqımızı təbrik edirik. Qazandığınız bu zəfərlərə görə Siz əsl Milli Qəhrəman adına layiqsiniz. Kəndimizin sakinləri hesab edir ki, bu ad, ilk növbədə, Sizə - Ali Baş Komandanımıza verilməlidir. İnanırıq ki, bu məsələ bütün Azərbaycan xalqının da ürəyincə olar. Allah şanlı Ordumuzu və Sizi qorusun! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Sabir Namazov: “Hörmətli cənab Prezident, bizə bəxş etdiyiniz Qələbə sevinci münasibətilə öz adımdan və rəhbərlik etdiyim Füzuli rayon 24 nömrəli tam orta məktəbinin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində əməyi olan hər kəsə minnətdarıq. Doğma torpaqlarımızı düşməndən geri almaq uğrunda döyüşərək qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhları qarşısında baş əyirik. Onlara Allahdan rəhmət diləyirik. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!”.

Kəlbəcər sakini Rövşən Əsgərov: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, bizlərə bu qürurlu günləri yaşatdığınıza görə Sizə böyük təşəkkür edirik. Heç kimə sirr deyil ki, bu gün Azərbaycan şanlı Ordusunun qələbə zəfərlərindən ruhlanaraq dünyaya ədalət mesajı verir. Bu ruh yüksəkliyi 90-cı illərin əvvəlində mövcud idi, lakin bu hərəkatın lideri yox idi. Bu gün biz fəxrlə deyə bilərik ki, Qarabağ hərəkatının Azərbaycanda lideri İlham Əliyevdir. Azərbaycan tarixinin 3000 illik bir dövrünə nəzər saldıqda, tam məsuliyyəti ilə deyə bilərik ki, son yüksəliş illəri bu xalqın ən möhtəşəm intibah, özünü dərketmə dövrüdür. Ümummilli Liderin təməlini qoyduğu müstəqil Azərbaycan bundan sonra da böyük qalibiyyətlərə imza atacaq. Sizin uğurlu daxili və xarici siyasətiniz öz bəhrəsini verdi. Dünya anlayır ki, Azərbaycan Qarabağın tamhüquqlu sahibidir, ermənilər vaxtilə buraya köçürülüblər. Sovet dönəmindən indiyə kimi Qarabağda ermənilər yaşayıb, dünyanın heç bir yerində ermənilərə bu qədər avtonom hüquq verilməyib. Hörmətli Prezident, bu sadə həqiqəti dünyaya çatdırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Allah Azərbaycanı və Sizi qorusun! Mən Prezidentim və Qarabağ hərəkatının lideri İlham Əliyevlə fəxr edirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Ağdam sakini Tofiq Abbasov: “Müzəffər Ali Baş Komandan, Siz müdrik siyasətiniz və haqlı mübarizəniz nəticəsində qazandığınız möhtəşəm qələbə ilə adınızı qızıl hərflərlə tarixə yazdınız. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır, Sizinlə qürur duyur. Bu çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli ordumuza uğurlar arzulayırıq. Əziz və sevimli Prezidentim, Azərbaycanın hansı bölgəsində yaşamağımıza baxmayaraq, ürəyimiz həmişə ana torpaqla - üstündə ilk addımlarımızı atdığımız, uğrunda canımızı fəda etməyə hazır olduğumuz müqəddəs torpaqla Qarabağla döyünür. Bu müqəddəs torpaq üçün əbədiyyətə qovuşan şəhidlərimizin və onları boya-başa çatdıran valideynlərinin qarşısında baş əyirik. Allah Ordumuza güc və qüvvət versin. Uca Allah Sizə və müzəffər Ordumuza yar olsun! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Zaqatala sakini İlham Həsənov: “Hörmətli cənab Prezident, Zati-aliləri, Azərbaycan xalqına bəxş etdiyiniz bu qürur və fəxarətə görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Uzun illərdən bəri xalqımız üçün mənəvi utanc olan, şəxsiyyətimizi başıaşağı edən haqsızlığı diplomatik məharətinizlə, rəşadətli sərkərdəlik qabiliyyətinizlə aradan qaldırıb çətin bir şəraitdə ermənilərə qalib gəldiniz. Siz bu əməllərinizlə xalqımızın qəlbində və tarixdə xilaskar, qalib rəhbər kimi əbədi yaşayacaqsınız. Uca Allah Sizi qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib