VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
Xəbər verildiyi kimi, bu il fevralın 20-də saat 07.30 radələrində Sumqayıt şəhərində naməlum şəxs «Makarov» tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirmiş, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdır.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Cinayətdə şübhəli bilinən şəxs təxminən 25-30 yaşlı, boyu 170-175 santimetr, atletik bədən quruluşlu, ağbənizli, saçları qısa, şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır.
Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlanmışdır.
Fotorobotu bir daha təqdim edərək, onu tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, «102 Zəng Xidməti» və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş olunur.
Anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda 10 min manat pul mükafatı veriləcəkdir.
Daxili İşlər Nazirliyinin və
Respublika Prokurorluğunun
mətbuat xidmətləri.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]