REGİONLAR
Vətənpərvərlik ali mənəvi dəyərdir
![](/files/galleryphoto/2022/2/1200x630/16522750044230719444_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522750045663415793_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652275004521958816_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652275004191682960_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652275004553538743_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522750044116852780_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522750046188263045_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522750042171254862_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522750042461250005_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522750043680443195_1200x630.jpeg)
Bərdə, 11 may, AZƏRTAC
Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı torpağa, ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdədə keçirilən “Vətənpərvərlik ali mənəvi dəyərdir” mövzusunda tədbirdə səsləndirilib. “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, 4 nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbir sərgi və fotostendlərə baxışla başlayıb.
Tədbirdə Tofiqə Məmmədovanın mövzu ilə bağlı geniş məruzəsi dinlənilib. Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Vətənə, torpağa sevginin, vətənpərvərlik tərbiyəsinin məktəbdə formalaşaraq möhkəmləndiyindən danışıb, vətənpərvərliyin xalqımızı qalibiyyətə aparan, qələbələrə və uğurlara çatdıran əsas amillərdən biri olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığının əsl vətənpərvərlik məktəbi olduğunu bildirib.
Mövzu ətrafında rayon icra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Əməkdar müəllim, rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, Birinci Qarabağ müharibəsi veteranı Gəray Əsədov, Vətən müharibəsi qazisi Dursun Manaflı, şəhid anaları Xuraman Naibova, Radə Qurbanova, İsmət Abışova çıxış ediblər. Tədbir boyu vətənpərvərliyə həsr edilmiş videoçarx, məktəblilərin rəqs və musiqi nömrələri, kompozisiyaları bir-birini əvəz edib.