VI FƏSİL
VI. Dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və harmonizasiyası (uyğunlaşdırılması)
Sıra №-si | Tədbirin adı | Tədbirin məqsədi | Gözlənilən nəticələr | İcraçı təşkilatlar | İcra müddəti |
6.1. | Vahid idarələrarası statistik-informasiya sisteminin informasiya hesablama strukturunun yaradılması | Mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin texnoloji və texniki uyğunlaşmasına nail olunması | Vahid idarələrarası statistik informasiya sisteminin yaradılması üçün əsas zəminlərin mövcudluğu | Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | 2009-cu il |
6.2. | Vahid idarələrarası informasiya-statistika sisteminin yaradılması və tətbiqi | Dövlət idarəetmə orqanları arasında elektron məlumat mübadiləsinin təşkili, istifadəçilərin keyfiyyətli statistik məlumatlarla təmin edilməsi | Vahid idarələrarası informasiya-statistika elektron sisteminin mövcudluğu, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sistemə sərbəst girişi | Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | 2010-2011-ci illər |