Azərbaycan Dövlət İnformasiya Agentliyi

VII FƏSİL

VII. Statistik informasiyaların yığılması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsi

Sıra №-si
Tədbirin adı
Tədbirin məqsədi
Gözlənilən nəticələr
İcraçı təşkilatlar
İcra müddəti
7.1.
Məlumat texnologiyası tələblərinin dövlət statistika orqanları sistemində həyata keçirilməsi
Statistika sisteminin bütün səviyyələrində elektron məlumat mübadiləsinə nail olunması
Korporativ məlumat şəbəkəsinin mövcudluğu, informasiya-hesablama sisteminin inkişafının texniki layihəsinin layihə-texnoloji həllinin bütün statistika sistemində tətbiqi
 
 
 
Dövlət Statistika Komitəsi
 
 
 
2012-ci il
7.2.
Müasir hesablama infrastrukturunun fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədilə standart proqram təminatı paketlərinin və texniki vəsaitlərin alınması
Statistika sahəsində mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının praktikada tətbiqi
Dövlət Statistika Komitəsi sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən müasir texniki və lisenziyalı proqram (SPSS, SAS və s.) vasitələrinin mövcudluğu
 
Dövlət Statistika Komitəsi
 
2008-2012-ci illər
7.3.
Statistik məlumatların yığılması, saxlanması, yayılması və təhlili üçün yeni informasiya və telekommunikasiya texnologiyalarından istifadə edilməsi
Statistik məlumatların yığılması, işlənməsi və yayılması sisteminin inkişaf etdirilməsi
İstifadəçilərə məlumatların buklet, çevik səhifə, nəşr materialları, WEB-səhifə vasitəsilə çatdırılma imkanlarının mövcudluğu
Dövlət Statistika Komitəsi
2008-2012-ci illər
7.4.
İlkin statistik məlumatların konfidensiallığının təmin edilməsi və saxlanmasının avtomatlaşdırılmış texnologiyasının işlənib hazırlanması və tətbiqi
İlkin məlumatların və serverlərdə yerləşən məlumat bazalarının tam qorunmasına nail olmaq
İlkin statistik məlumatların konfidensiallığının təmin edilməsi üzrə elektron sistemin mövcudluğu
Dövlət Statistika Komitəsi
2009-cu il
7.5.
Statistika orqanlarına daxil olan informasiya üzrə (hesabat, müayinə, sorğu, monitorinq və digər məlumatlar) məlumat bazasının yaradılması və inkişaf etdirilməsi
Statistika orqanlarına daxil olan informasiyanın sistemləşdirilməsi və vahid şəkildə idarə edilməsi
Statistikanın bütün sahələri üzrə məlumat bazalarının mövcudluğu
 
Dövlət Statistika Komitəsi
 
2010-cu il
7.6.
Dövlət orqanlarının informasiya texnologiyaları şəbəkələrinə qoşulmasının təşkili
İnternetdən istifadə imkanlarının artırılmasına nail olunması
Dövlət idarəetmə orqanları arasında çevik məlumat mübadiləsinin mövcudluğu
Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizəsi Xidməti
2008-2010-cu illər
7.7.
Məlumat bazasının inkişaf etdirilməsi və JAVA texnologiyasına əsaslanan “imtiyazlı müştəri” üsulunun tətbiq edilməsi
Rayon və şəhər statistika orqanlarında proqram vasitələrindən istifadə imkanlarının artırılması
Metodoloji göstəricilərdən istifadə imkanlarının mövcudluğu
Dövlət Statistika Komitəsi
2009-cu il
7.8.
Bölgələrdə bir çox ərazi vahidlərini birləşdirən məlumat şəbəkələrinin qurulması və digər texniki vasitələrlə bu mərkəzlərin təmin edilməsi
Altsəviyyələrdə məlumat mübadiləsi və bölgə üzrə yekunların əldə edilməsi imkanlarının artırılması
Bölgələrin mərkəzlərində qurulmuş məlumat şəbəkələrinin mövcudluğu
Dövlət Statistika Komitəsi
2011-ci il
7.9.
Məlumatın işlənməsində yeni texnologiyaların tətbiqinə nail olmaq üçün statistika sisteminin avadanlıqlarının yeniləşdirilməsi
Müasir texnologiyaların tətbiqinə və kadr potensialının səviyyəsinin artırılmasına nail olunması
Statistika sisteminin bütün struktur vahidlərinin yeni avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi imkanlarının mövcudluğu
Dövlət Statistika Komitəsi
2008-2012-ci illər
7.10.
Dövlət Statistika Komitəsinin elektron kitabxanasının yaradılması
Müasir texnologiyaların tətbiqi, statistik nəşrlərdən istifadənin asanlaşdırılması
Bütün istifadəçilərin elektron kitabxana resurslarına internet vasitəsilə sərbəst və pulsuz girişi
Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2009-2010-cu illər

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin