Azərbaycan Dövlət İnformasiya Agentliyi

VIII FƏSİL

VIII. Statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafı

Sıra №-si
Tədbirin adı
Tədbirin məqsədi
Gözlənilən nəticələr
İcraçı təşkilatlar
İcra müddəti
8.1.
Statistik məlumat istifadəçilərinin müxtəlif qruplarını əhatə etməklə, istifadəçilərin müayinəsinin aparılması proqramının hazırlanması və müayinənin keçirilməsi
Rəsmi statistikaya tələbatın dəqiqləşdirilməsi, statistik informasiyanın istifadəçilərə çatdırılması prosesinin təkmilləşdirilməsi
İstifadəçilərin strukturu, onların hansı məlumatlara daha çox maraq göstərmələri və digər məlumatların mövcudluğu və onların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi
Dövlət Statistika Komitəsi
2010-cu il
8.2.
Rəsmi statistikaya inamın yüksəldilməsinə yönəldilmiş məlumat -izahat işləri proqramının hazırlanması və praktiki fəaliyyətdə tətbiqi
Cəmiyyətdə statistik məlumatlara inamın artırılmasına nail olunması
Rəsmi statistika orqanlarının fəaliyyətini izah edən, mərkəzi və regional kütləvi mətbuat vasitələrində dərc olunmuş məqalələr, çıxışlar, çəkilmiş videoçarxlar, reklamların və digər məhsulların mövcudluğu
Dövlət Statistika Komitəsi
2012-ci il
8.3.
Yeni texnologiyaların tətbiqi əsasında Dövlət Statistika Komitəsinin WEB-səhifəsinin inkişaf etdirilməsi, respondentlərlə qarşılıqlı əlaqənin WEB-səhifə vasitəsilə həyata keçirilməsi
Statistika orqanlarının fəaliyyəti ilə bağlı respondentləri maraqlandıran məsələlərin WEB- səhifədə “sual-cavab” rejimində müzakirəsi, istifadəçilərlə ünsiyyətin asanlaşdırılması
Daim yeniləşən WEB-səhifənin, respondentlərlə qarşılıqlı əlaqənin mövcudluğu
 
Dövlət Statistika Komitəsi
 
2008-2012-ci illər

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin