ELM VƏ TƏHSİL
“Vikipediya”da tarixi memarlıq abidələri və qədim binalar haqqında məqalələr yaradılır
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən qədim tarixi abidələr, memarlıq nümunələri, həmçinin görkəmli elm, mədəniyyət, incəsənət xadimləri haqqında məqalələr yaradılır, genişləndirilir və redaktə olunur.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi, Tərtər çayı üzərində qədim körpü, Bəhmən Mirzə Qacar türbəsi və Azərbaycanın ilk peşəkar aktrisalarından olan Gövhər Qazıyeva haqqında məqalələr yaradılıb və redaktə olunub.
Məqalələrdə binaların tarixi, təmiri, memarlıq xüsusiyyətləri haqqında məlumatlar verilib.