VİKTOR XRİSTENKONUN YENİ VƏZİFƏSİ
Kremlin mətbuat mərkəzindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, iyulun 13-də Rusiya Prezidenti Vladimir Putin sənaye və energetika naziri Viktor Xristenkonun Müstəqil Dövlətlər Birliyi ölkələri ilə inteqrasiya əməkdaşlığının inkişaf etdirilməsi məsələləri üzrə RF Prezidentinin xüsusi nümayəndəsi təyin olunması haqqında fərman imzalamışdır.
Xatırladaq ki, son vaxtlaradək Viktor Xristenko iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri idi.
Ekspertlərin fikrincə, V.Xristenkonun bu vəzifəyə təyin olunması Rusiya rəhbərliyinin Birlik dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi diqqət yetirməsi ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]