SİYASƏT
Viktoriya Nuland: ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə əməkdaşlığı davam etdirəcəkdir
Bakı, 10 yanvar (AZƏRTAC). ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə əməkdaşlığı davam etdirəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland brifinqdə çıxışı zamanı demişdir.
Bir sıra məsələlərdə Rusiyanın ABŞ-la tərəfdaşlıq etdiyini söyləyən V.Nuland bu yaxınlığın Rusiya ilə mümkün qədər daha çox məsələlərdə əməkdaşlığın saxlanması cəhdi kimi qiymətləndirərək demişdir: “Bu, ikitərəfli məsələlərə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi regional xarakterli problemlərə, həmçinin İran, Əfqanıstan və Suriya ilə bağlı qlobal səviyyəli məsələlərə və digərlərinə aiddir”.