Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vilayət Quliyev: müstəqillik yolunda ən mühüm mərhələlərdən biri yeni dövlətin beynəlxalq miqyasda tanınması idi

Cümhuriyyət hökumətinin Paris sülh konfransının Ali Şurasına təqdim etdiyi memorandum Azərbaycanın o vaxtkı ərazisi, əhalisi, iqtisadi imkanları, təbii sərvətləri barədə real təsəvvür yaradırdı

Bakı, 6 aprel, AZƏRTAC

 
Bolşevik işğalına uğramayacağı təqdirdə Azərbaycan Xalq Cümhuriyyətinin təkcə Qafqazda deyil, bütün Yaxın Şərq regionunda rifah və stabillik adasına çevrilməsi üçün bütün imkanları var idi. 
Tədqiqatçı-alim, səfir Vilayət Quliyev bu qənaətə Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransının Ali Şurası üçün hazırladığı memorandumda əks olunan statistik məlumatlara və rəqəmlərə istinadla gəlib. Azərbaycan Xalq 
Cümhuriyyəti dövrünə aid maraqlı araşdırmalar müəllifi olan Vilayət Quliyev Birinci Respublikanın maliyyə-iqtisadi həyatı ilə bağlı “Claims of the Delegation of the Caucasian Azerbaijan” (“Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri”, Paris, 1919) adlı kitabdan əldə etdiyi həmin tarixi sənədi və yeni Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınması üçün göstərilən səylərlə bağlı qeydlərini AZƏRTAC-a təqdim edib.
 
Azərbaycan Cümhuriyyətinin müstəqilliyə gedən yolunun ən mühüm və çətin mərhələlərindən biri yeni dövlətin beynəlxalq miqyasda tanınması idi. Bu baxımdan 1919-cu ilin yanvarında məşhur Versal sarayında öz işinə başlayan Paris sülh konfransı əsas ümid yeri, mühüm siyasi arbitraj idi. Rusiya imperiyasının, Avstriya-Macarıstan və Osmanlı dövlətlərinin süqutundan və Almaniyanın bütün koloniyalarını itirməsindən sonra milli müstəqilliyə iddialı olan 13 yeni dövlət qurumu öz nümayəndələrini Fransa paytaxtına göndərmişdi. Onların arasında Azərbaycan Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan Cümhuriyyəti nümayəndə heyəti də vardı.

Heyət Bakıdan 1919-cu il yanvarın 10-da çıxsa da, Antanta dövlətlərinin yaratdıqları süni maneələr ucbatından üç aydan çox İstanbulda viza gözləməli olmuş, nəticədə Parisə yalnız mayın 12-də, sülh konfransının ən qızğın dövründə gəlib çatmışdı. Amma Cümhuriyyət nümayəndələrinin inadlı, məqsədyönlü fəaliyyəti nəticəsində boş keçən ayların da işi görülmüş, tanınma aktı ilə bağlı sülh konfransının Ali Şurasına zəruri məlumat və sənədlər vaxtında təqdim edilmişdi. Nəticədə Ali Şura 1920-ci il 10 yanvar tarixli iclasında Azərbaycan və Gürcüstan respublikalarının de-fakto müstəqilliyini tanımışdı. Heç şübhəsiz, bu, beynəlxalq miqyasda Azərbaycan diplomatiyasının qazandığı ilk mühüm qələbə idi.

Yeni dövlətlərin hamısı sülh konfransının katibliyinə sərhədlərinin dəqiq təsviri də daxil olmaqla, əhatəli tarixi, siyasi, iqtisadi və s. aspektləri, ölkə ilə bağlı demoqrafik və statistik məlumatları da özündə əks etdirən memorandum təqdim etməli idilər. Ə.Topçubaşov belə bir sənəd üzərində hələ İstanbulda işləməyə başlamışdı. Nümayəndə heyəti tam tərkibdə (ingilislərin İstanbulda həbsxanaya atdıqları Əhməd Ağaoğlu istisna olmaqla) Parisə gələndən sonra isə memorandum üzərində iş daha böyük vüsət almışdı. Nəticədə 1919-cu ilin sentyabrında Ali Şuraya təqdim etmək üçün konfransın işçi dilləri sayılan ingilis və fransız dillərində tərtib və çap olunmuş “Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri” adlı sənəd tam hazır idi.

Yeni dövlətlərin tanınması əsasən böyük güclərin siyasi iradəsinə bağlansa da, istənilən halda müstəqil dövlətçilik həyatına başlamaq istəyən xalqın ərazisi, iqtisadi imkanları, təbii sərvətləri kimi amillərə də mühüm diqqət yetirilirdi. Ona görə də Azərbaycan heyətinin Ali Şura üçün hazırladığı memorandumda Azərbaycanın təbii sərvətləri, kənd təsərrüfatının və sənayenin perspektivləri, ölkə əhalisinin tərkibi, əmək qabiliyyəti və işgüzarlığı haqqında geniş məlumat verilmişdi. Heyət üzvlərinin fikrincə, bütün bu rəqəm və məlumatlar millətlərin azad yaşamaq hüququna qadağa qoyan, yaxud icazə verən yüksək Avropa dairələrində Azərbaycanın iqtisadi müstəqilliyi ilə bağlı gerçək təsəvvür yaratmalı idi.

Memoranduma Azərbaycan Cümhuriyyətinin gənc dövlətin qısaömürlü mövcudluğunda yeganə stabil il olan 1919-cu ilin dövlət büdcəsi ilə bağlı rəqəmlər də daxil edilmişdi. Təbii ki, bu rəqəmlərin tarixi aspektdə təhlili və onların arxasında dayanan reallıqların üzə çıxarılması daha çox iqtisadçıların maraq dairəsinə daxil olmalıdır.

İlk baxışdan yaranan ümumi mənzərə belədir: bolşevik işğalına uğramayacağı təqdirdə Azərbaycanın təkcə Qafqazda deyil, bütün Yaxın Şərq regionunda rifah və stabillik adasına çevrilmək üçün bütün imkanları var idi. Yeganə şərt xarici müdaxilənin olmaması idi. Amma hər kəsə məlumdur ki, tarix şərt şəklini qəbul etmir...

Vilayət Quliyev

Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin sülh konfransının Ali Şurası üçün hazırladığı memorandumun iqtisadi blokuna daxil olan bölmələr və 1919-cu ilin dövlət büdcəsi ilə bağlı rəqəmlər

 

Azərbaycan Respublikasının ərazisi və əhalisinin sayı

Təqdim olunmuş memoranduma əlavədə ərazinin sahəsi, respublikanın sərhədləri və əhalisi haqqında dəqiq statistik məlumatlar verilib.

Ərazi

Memoranduma əlavə edilən xəritədən də göründüyü kimi, respublika hökumətinin tabeliyindəki ərazi şərqdə Xəzər dənizi, şimalda Dağıstan, Şimali Qafqaz və Gürcüstan, qərbdə Gürcüstan və Ermənistan, cənubda İranla həmsərhəddir.

Azərbaycan Respublikası hökumətinin həqiqi hakimiyyəti altındakı ərazi 83278,66 kvadratverst, yaxud 94137,38 kvadratkilometrdir. Bu, bütün Zaqafqaziyanın 217408 kvadratverst, yaxud 247376,15 kvadratkilometr olan ümumi ərazisinin 39 faizini təşkil edir.

Əgər hələlik Azərbaycan hakimiyyətinin yayılmadığı əraziləri də bura əlavə etsək, onda respublikanın ümumi ərazisi 132003,25 kvadratverst, yaxud 150184,88 kvadratkilometr olar ki, bu da bütün Zaqafqaziyanın ərazisinin 60 faizini təşkil edir.

Əhali

Azərbaycan Respublikası əhalisinin sayı yuxarıda göstərilən ərazilərə müvafiqdir. Əhalinin sayı haqqındakı məlumatlar Rusiya imperiyasının rəsmi statistikasından götürülüb. Bu məlumatlar, bir qayda olaraq, qeyri-dəqiqliyi ilə seçilir və bütünlükdə çox əvvəllər çap olunub.

Rusiyada əhalinin axırıncı siyahıya alınması 1897-ci ildə keçirilib. Təəssüf ki, biz də həmin siyahıyaalmanın nəticələrindən istifadə etməli oluruq, lakin daha dəqiq nəticələr əldə etmək üçün aradan keçən iyirmi il müddətində Azərbaycan əhalisinin sayını 25 faiz artırırıq. Əgər bütün Zaqafqaziya ərazisində hər iki cinsdən ibarət əhalinin sayını götürsək, burada 8 081 668 nəfərin yaşadığını görərik. Onların yarıdan çoxu Azərbaycanın payına düşür ki, bu da əhalimizin ümumi sayının 4 617 671 nəfərə çatdığını göstərir.

Həmin əhalinin 3 481 889 nəfəri azərbaycanlı-müsəlman, 795 312 nəfəri erməni, 26 585 nəfəri gürcü, 310 885 nəfəri başqa millətlərin (ruslar, almanlar, yəhudilər və s.) nümayəndələridir. Təfərrüatlı izahlarla müşayiət olunan statistik cədvəllər və xəritələr Zaqafqaziyanın, xüsusən də Azərbaycanın əhalisinin etnik baxımdan yerləşməsi və sayı haqqında aydın təsəvvür yaradacaqdır.

Lakin bu cədvəllərdə Rusiyanın rəsmi statistikası üçün səciyyəvi olan bir sıra qüsurlar da yox deyildir.

Azərbaycanın təbii sərvətləri

Azərbaycanın ərazisi təbii sərvətlərlə o dərəcədə zəngindir ki, əmin-amanlıq şəraitində gənc respublika dövlətini qurmağa və əhalisini öz məhsulları ilə tam şəkildə təmin etməyə qadirdir.

Neft

Dövlətin illik gəlirini təşkil edən sahələr içərisində Bakının neft istehsalı ilk yeri tutur. Azərbaycan paytaxtı öz nefti ilə bütün dünyada şöhrət qazanıb.

Neftli torpaqlarımızın ümumi sahəsi 1500 desyatindən çoxdur. İndiki neft sənayesi, sadəcə, mövcud mədənlərin istismarı nəticəsində hər il 550 milyon puddan 600 milyon puda qədər neft verir. Bu da Pensilvaniya və Limada çıxarılan neftin ümumi miqdarından 50 faiz çoxdur.

Həmin neftin mühüm hissəsi Azərbaycan dövlətinin ixtiyarında olan ərazilərdən hasil edilir. Neftli torpaqlar Bakı regionundan başqa, Şamaxı, Cavad bölgələrində də mövcuddur. Lakin burada neft istismarı müəyyən çətinliklərlə bağlı olduğundan həmin ərazilər hələlik dövlət ehtiyatı kimi toxunulmaz saxlanılmaqdadır. İstehsal olunan neftin 76 faizi dövlət torpaqlarından çıxarılır. Bakının yüzdən çox zavodunda 230 milyon puddan çox neft emal olunurdu. Hazır məhsulun 70 milyon pudu Mərkəzi Rusiyaya, qalan 160 milyon pudu isə Avropaya ixrac edilirdi. Avropaya ixrac olunan bütün neft məhsullarının üçdəbir hissəsi Bakının payına düşür.

Əgər biz bura neftdən alınan və əsas ixrac məhsullarını təşkil edən yüz milyon pudlarla digər məhsulları, habelə on milyonlarla pud alışqan mayeləri (benzin, benzolin, ağır neft, sürtkü yağları və s.) əlavə etsək, bu sahənin dövlət büdcəsi üçün nə qədər vacib və əhəmiyyətli olduğu aydınlaşar. Azərbaycan hökuməti tərəfindən neftdən alınan qeyri-müstəqim vergi 1919-cu ilin büdcəsində 125 milyon manat təşkil etmişdir.

Pambıq

Ölkə büdcəsindəki ikinci gəlir sahəsi Muğanda və başqa bölgələrdə becərilən, ümumi sahəsi 130 000 desyatinə çatan pambıq plantasiyalarıdır. Bu sahələrdən hər il 5 milyon puddan çox xam pambıq məhsulu toplanır.

İpəkçilik

Azərbaycanda qədim vaxtlardan geniş yayılmış ipək istehsalı indi 200 000 pud barama bəsləməyə imkan verir. Yüzdən çox ipəkçilik müəssisəsi həmin baramadan hər il 5-6 milyon rubl dəyərində ipək sap istehsal edir.

Balıqçılıq

Balıqçılıq Xəzər dənizində, Samurdan tutmuş Astaraya qədər 600 verstlik bir sahədə geniş yayılıb. Bundan əlavə, Kür və Araz hövzələrində müxtəlif növlərdən olan on milyonlarla pud balıq ovlanır. Həmin balıq məhsulundan 100 900 pud bahalı kürü istehsal olunur. Balıqçılıq sənayesinin məhsulları sırasına qurudulmuş və duzlanmış balıq, balıq yağı və s. də daxildir.

Üzümçülük və tərəvəzçilik

Üzümlüklər və tərəvəz məhsulları Yelizavetpol, Şamaxı, Nuxa, Bakı, Quba ərazilərində geniş yayılıb və ümumilikdə 50 000 desyatin sahəni əhatə edir. Hər il bu sahələrdəki plantasiyalardan 8 milyon puda qədər üzüm istehsal olunur və həmin məhsuldan da 7 milyon vedrəyə qədər şərab çəkilir.

Taxılçılıq

Bütün əyalətlərdə - Bakıda, Gəncədə, habelə Azərbaycanın digər bölgələrində 1,5 milyon desyatin əkinəyararlı torpaq müxtəlif növ dənli bitkilər üçün ayrılıb. Bu torpaqlardan toplanan taxıl məhsulları Azərbaycan əhalisinin çörəyə olan tələbatını tam şəkildə ödəyir.

Biyan

Azərbaycanın yuxarıda adlarını çəkdiyimiz bir sıra ərazilərində hər il çoxlu biyan kökü çıxarılır. Bu məhsulun yarıdan çoxu Qərbi Avropaya və Amerikaya ixrac edilir, qalan hissəsi isə Rusiyaya aparılırdı.

Cins heyvandarlıq

Əvvəlki dövrlərdə milli təsərrüfatın mühüm sahələrindən olan heyvandarlığın məhsuldarlığı indi Rusiyada yaranmış əlverişsiz şərait nəticəsində aşağı düşüb. Hətta bu əlverişsiz şəraitə baxmayaraq, Rusiya statistikasının məlumatına görə, Azərbaycanda mal-qaranın sayı 1 000 000, atların sayı 150 000, camışların sayı 300 000, dəvələrin sayı 12 000, qoyunların və keçilərin sayı 1 600 000-ə çatırdı...

Neft yataqları ilə yanaşı, Azərbaycanın ərazisi bir sıra digər təbii sərvətlərlə də zəngindir. Lakin təəssüf ki, indiyə qədər yalnız az sayda faydalı qazıntı yataqları istifadəyə verilib. Bir neçə metaləritmə zavodunda hər il 300 000 puda qədər mis istehsal edilir.

Azərbaycan ərazisində, həmçinin dəmir, sulfat, əhəng, gümüş, maqnezium, kobalt və s. yataqları mövcuddur. Ölkə mineral su, xüsusən də sulfatlı və kobaltlı sularla zəngindir. Azərbaycanda, həmçinin geniş meşələr də var.

Yalnız kəndlərdə deyil, şəhərlərdə də daşınmaz əmlak, əsasən, azərbaycanlılara məxsusdur və demək olar ki, bütün sənaye və istehsal sahələri onların əlində cəmləşib. Bakı şəhəri ən mühüm mərkəz - İran və Mərkəzi Asiya ilə tranzitin əsas nöqtəsidir. Şübhəsiz, bütün yuxarıda sadalanan sahələrdən əldə olunan qazanc da dövlətin illik gəlirinin əsasını təşkil edir. Əgər biz qazanc mənbələrinə gəlir vergisi verməyə qadir olan 4 milyon nəfərdən çox ölkə vətəndaşını da əlavə etsək, aydın olar ki, Azərbaycan Respublikasının illik gəliri onun bütün zəruri məsrəflərini ödəmək üçün tələb edildiyindən də artıqdır.

1919-cu il büdcəsinin bəzi rəqəmləri

Müharibənin və bolşeviklərin milli iqtisadi həyatda və Azərbaycanın maliyyə təsərrüfatında törətdikləri qarma-qarışıqlığa baxmayaraq, 1919-cu ildə dövlətin illik büdcəsi 665 milyon manata çatmışdı. Smetada nəzərdə tutulan bəzi büdcə xərcləri aşağıdakı şəkildə idi: şəhərlərin, kəndlərin və dağıdılmış təsərrüfatların bərpası üçün - 130 milyon manat, ümumi təhsil üçün müvəqqəti dotasiya - 30 milyon manat, ordunun təchizi üçün - 80 milyon manat.

“Azərbaycan Respublikasının maliyyə və iqtisadi vəziyyəti” adlı əlavədə dövlət büdcəsinin təsnifatı ilə bağlı daha təfərrüatlı məlumat verilib.

Qafqaz Azərbaycanı Respublikası

Büdcə

1919-cu il üçün illik gəlirin və büdcə xərclərinin smetası

İllik gəlir

Gəlir mənbəyi. Məbləğ (manatla)

I. Müstəqim vergilər:

1. Torpaq vergisi, mənzil kirayəsi - 115 000 000.

2. Hərbi mükəlləfiyyət vergisi, notarial vergilər - 30 000 000.

II. Qeyri-müstəqim vergilər:

Ağ neft, benzin, sürtkü yağları, kerosin, digər neft məhsullarına görə alınan vergi - 120 000 000.

III. Gömrük haqqı - 100 000 000.

IV. Möhür haqqı, azad ticarətdən, yükdaşımalardan; tranzit sərnişin və mallardan, malların sığortasından və s. alınan vergilər - 15 000 000.

V. Dövlət inhisarları - 7 000 000.

VI. Neft mədənlərinin istismarından, meşələrdən, pambıq tarlalarından, balıq vətəgələrindən alınan vergilər - 228 000 000.

VII. Dövlət dəmir yolunun xalis gəliri - 50 000 000.

Cəmi: 665 000 000.

Xərclər

Xərclərin adı. Məbləğ (manatla)

Adi xərclər

Ali dövlət idarələri:

1. Parlament - 7 000 000.

2. Daxili İşlər Nazirliyi - 20 000 000.

3. Xəzinədarlıq - 30 000 000.

4. Ədliyyə Nazirliyi - 13 000 000.

5. Xarici İşlər Nazirliyi - 10 000 000.

6. Təhsil Nazirliyi - 45 000 000.

7. Hərbi Nazirlik və Dəniz Donanması - 60 000 000.

8. Yerli hökumət - 75 000 000.

9. Əkinçilik və Dövlət Əmlakı Nazirliyi - 45 000 000.

10. Təchizat Nazirliyi- 17 000 000.

11. Əmək Nazirliyi - 10 000 000.

12. Poçt və Teleqraf Nazirliyi - 15 000 000.

13. Ticarət və Sənaye Nazirliyi - 32 000 000.

14. İctimai Təminat Nazirliyi - 15 000 000.

15. Dövlət nəzarəti - 6 000 000.

16. Gözlənilməz xərclər - 15 000 000.

Adi xərclərin ümumi məbləği: 415 000 000.

Fövqəladə xərclər

1. Bərpa işləri, kənd təsərrüfatı üçün xərclər - 130 000 000.

2. Epidemiyalara qarşı mübarizə - 10 000 000.

3. Ordunun illik təchizatı - 80 000 000.

4. Təhsil üçün müvəqqəti xərclər - 30 000 000.

Fövqəladə xərclərin məbləği: 250 000 000.

Smetanın ümumi məbləği: 665 000 000.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək