“Virtual məktəb”də birinci sinif üzrə qeydiyyat
Bakı, 4 noyabr, AZƏRTAC
2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb”də qeydiyyatı artıq mümkündür.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb.
Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar. Daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda “Qeydiyyat” bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:10]
Qazaxıstan Milli Kitabxanası qlobal informasiya məkanında - elmi seminar
- 16.11.2026 [16:24]
Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün
- 16.11.2026 [16:16]
Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub
- 16.11.2026 [16:11]
“Dədəmiz Dədə Mədəd” kitabı oxuculara təqdim olunub
- 16.11.2026 [15:40]
Eksternat təhsil üzrə imtahanlarda iştirak üçün sənəd qəbuluna başlanılır
- 16.11.2026 [15:22]
BMU tələbələrinin komandası NASA hakatonunda birinci yeri tutub
- 16.11.2026 [15:18]
BDU-da Azərbaycan Televiziyasının xüsusi auditoriyası açılacaq
- 16.11.2026 [15:09]