RƏSMİ SƏNƏDLƏR
V.M.SƏFƏRLİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN İCRAÇI DİREKTORU TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıram:
Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il.