İDMAN
Voleybol üzrə Azərbaycan millisi Estoniya yığmasına qalib gəlmişdir
Bakı, 4 yanvar (AZƏRTAC). Yanvarın 4-də qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyun keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində J qrupun oyunlarının keçirildiyi Azərbaycan Voleybol Mərkəzində milli komandamız Estoniya voleybolçuları ilə qarşılaşmışdır. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlmişdir.
Komandamızın növbəti rəqibi Serbiya yığması olacaqdır. Bu görüş yanvarın 5-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcəkdir.
Qeyd edək ki, çempionatın üçüncü mərhələsində 5 qrupun hər birində 4 komanda olmaqla, ümumilikdə 20 ölkənin milli komandası mübarizə aparacaqdır. Qrupda birinci yeri tutan komanda dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqdır. Qrup ikinciləri arasında ən yaxşı nəticə göstərmiş bir kollektiv də həlledici mərhələyə yüksələcəkdir.