Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vüqar Rəhimzadə: “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həm də ölkəmizin iqtisadi gücünün təqdimatıdır

Vüqar Rəhimzadə: “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həm də ölkəmizin iqtisadi gücünün təqdimatıdır

Bakı, 10 iyun, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu zəfər tariximizi yazdıqdan sonra ölkəmizin həyatında yeni dövr- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq mərhələsi başladı. Dövlətimizin başçısı İlham Əliyev bu fikri xüsusi diqqətə çatdırdı ki, azad edilmiş ərazilərimiz ən yüksək səviyyədə, müasir texnologiyalar əsasında bərpa ediləcək, soydaşlarımız üçün gözəl şərait yaradılacaq. Prezident İlham Əliyev aprelin 19-da “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncamı da bu məqsədə xidmət edir. Bu kimi dövlət sənədləri bir daha təsdiqləyir ki, şəhər və kəndlərimizdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bu işlərin həyata keçirilməsi prosesində informasiya texnologiyalarının tətbiqi, həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Təqdirəlayiq haldır ki, artıq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə imzalanan Prezident Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Azad edilmiş ərazilərdə şəhər və kəndlərin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında, dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi şəraitində qurulacağını deyən V.Rəhimzadə qeyd edib: “Bununla paralel olaraq, digər şəhər və kəndlərimizdə də buna oxşar layihələrin icrası nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev söylədiyi “Əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik” fikirləri ilə yeni layihənin məqsəd və məramını, eyni zamanda, üstünlüklərini təqdim edir”.

Baş redaktor bildirib ki, hər bir yenilik kadr potensialının artırılması məsələsini gündəmə gətirir. “Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmizdə peşəkar kadr potensialı yaranıb. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək ölkədə təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması fonunda iqtisadi inkişafın səviyyəsinə uyğun olaraq kadr hazırlığının prioritetliyini önə çəkdi və artıq bu siyasətin uğurlu nəticələri göz önündədir. Azərbaycan texnoloji proseslərin inkişafına görə də dünyada birincilər sırasındadır. İstər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə bunun bir daha şahidi olduq. Həmçinin 2019-cu ildən dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərin videoformatda təşkili də Azərbaycanın bu sahədə mövcud imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları, əksəriyyətinin savadlı mütəxəssislər kimi ölkəmizə qayıtmaları kadr potensialımızı gücləndirir. Dövlətimizin başçısının əsas tələbi budur ki, kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Bu sintezin yaradılması əsasında hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür”, - deyən baş redaktor vurğulayıb ki, bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ölkəmizin müasir dövrün reallıqlarına uyğun olaraq gündəmə gətirdiyi yeni çağırışlarına və tələblərinə cavab verir. Azərbaycanın postmüharibə dövrü üçün təqdim etdiyi yeni iqtisadi inkişaf modelinin əsas tərkib hissələrindən biri kimi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri beynəlxalq səviyyədə də təqdir edilir.

Bu layihələrin, ilk növbədə, Azərbaycanın iqtisadi imkanlarının təqdimatı olduğunu diqqətə çatdıran V.Rəhimzadə vurğulayıb: “Hər bir layihə yenilik olmaqla yanaşı, möhkəm təmələ əsaslanır. Azərbaycanın iqtisadi qüdrəti və bunun fonunda maliyyə imkanlarının artması hər bir layihənin uğurlu sonluqla başa çatdırılmasını şərtləndirir. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası müasir texnologiyaların və innovasiyaların tətbiqi əsasında sosial-iqtisadi xidmətin keyfiyyətini daha da yaxşılaşdıracaq. Şübhəsiz, bu layihələrin ilk olaraq işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməsi ölkəmizin həmin əraziləri qısa zamanda bərpa edib soydaşlarımızın Böyük Qayıdışını təmin etmək istəyindən irəli gəlir. Artıq dövlətimizin başçısı İlham Əliyevin Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı kəndində “ağıllı kənd” layihəsinin təməli qoyulub. Dövlət başçımız bu mühüm hadisə ilə Böyük Qayıdışın başlandığını bildirib”.

“İki sahil” qəzetinin baş redaktoru bu məqamı da xüsusi qeyd edib ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurla reallaşdırılması nəticəsində paytaxt və bölgələr arasında fərqin aradan götürülməsinə böyük dəstək olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər