Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə çirkin əməllərindən əl çəkmək xəbərdarlığını etdi

Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə çirkin əməllərindən əl çəkmək xəbərdarlığını etdi

Bakı, 28 aprel, AZƏRTAC

Qırx dörd günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə öz sahiblərinə qovuşan torpaqlarımız bu gün sevincli günlərini yaşayır. Artıq 30 ilə yaxın dövrdə bu ərazilərdə ermənilərin dağıntılarını, vəhşiliklərini yenidənqurma və bərpa işləri əvəzləyir. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfərləri də bir sıra obyektlərin təməlinin qoyulması ilə yadda qaldı. Torpaqlarımızda başlanan yeni həyat 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Böyük Qayıdışının tezliklə gerçəkləşəcəyinə inamı daha da artırır. Zəngilanda birinci “Ağıllı kənd” layihəsinin təməlinin qoyulmasını Böyük Qayıdışın məhz bu gün başlanması kimi dəyərləndirən Prezident İlham Əliyev bütün kəndlərin, yaşayış məntəqələrinin bərpa olunacağını bildirdi. Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyuldu. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Zəngilanda, həmçinin beynəlxalq hava limanının təməli qoyuldu. Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Bu hava limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Birinci beynəlxalq hava limanının inşası Füzuli rayonu ərazisində uğurla davam etdirilir. Qeyd edək ki, Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara verilməsi nəzərdə tutulur”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V. Rəhimzadə bildirib ki, yenidənqurma və bərpa işlərində əsas istiqamətlərdən biri dini və tarixi abidələrimizin bərpasıdır. Ermənilər bu abidələrimizi yerlə-yeksan etməklə tariximizi silməyə, onları özününküləşdirməyə səy göstərmişdilər. Amma zaman göstərdi ki, bu dağıntılar tarixi silmək iqtidarında deyil. Dost ölkələrin şirkətləri bu prosesə də cəlb edilib. Artıq Zəngilan məscidinin bərpasına başlanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirmişdir. Həmçinin binanın bərpası, o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflər və layihə hazırlanıb.

Diqqəti Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bəyanatlara yönəldən V.Rəhimzadə bir daha Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaətdən, qəhrəmanlıqdan bəhs edərək deyib: “Rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində bir an belə geri çəkilmədi. 44 günün hər günü tariximizə Zəfər günü kimi yazıldı. Ermənistan silahlı qüvvələri ordumuzun gücünün, qüdrətinin qarşısında geri çəkildi, hərbi texnikalarını, silah sursatı qoyub qaçdılar. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan ordusunun məhv etdiyi və qənimət kimi götürdüyü texnikalar ziyarətçilərə təqdim olunur. Bu park, ümumilikdə, Azərbaycan Ordusunun hansı çətinliklər, qəhrəmanlıqlar sayəsində torpaqlarımızı işğaldan azad etdiklərinin təqdimatıdır. Qırx dörd gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilmədilər. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu məhz bu istiqamətdən - Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açdı. Hazırda müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Sərhədçilərimiz işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib”.

“Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə elə bir dərs verib ki, tarix boyu yaddan çıxarmaq imkanında deyillər”, - söyləyən V.Rəhimzadə bu məqamı da xüsusi vurğulayıb ki, əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə qarşı ittihamlarla çıxış edərək, ərazi iddiası irəli sürürlər. Prezident İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq edir ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. O da vurğulandı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək.

Baş redaktor daha sonra vurğulayıb ki, Qarabağ münaqişəsi tarixə qovuşsa da, Vətən müharibəsinin qarşıdakı dövr üçün perspektivləri geniş müzakirə olunur. İkinci Qarabağ müharibəsi texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi də öyrənilir və təqdir edilir. Ermənistana havadarlıq edən dövlətlər ikili siyasətlərinə son qoyub 44 günün dərsindən nəticə çıxarsalar Azərbaycanın yaratdığı yeni əməkdaşlıq mühitindən bəhrələnər, regionda və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə və daimi olmasına dəstək olarlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır