Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdirilməsi Azərbaycanın növbəti diplomatik uğurudur

Vüqar Rəhimzadə: Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdirilməsi Azərbaycanın növbəti diplomatik uğurudur

Bakı, 5 fevral, AZƏRTAC

İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqlar yaradan və son bir ildən artıq dövrdə bu reallıqların təsdiqi, dünya tərəfindən qəbulu istiqamətində uğurlu nəticələr əldə edərək region və dünya siyasətində dəyişikliklərə yol açan Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi, rolunun artması təqdir olunur, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflər böyük dəstək qazanır. Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş bu reallıqlara bir daha işıq saldı. Görüşdə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötən il dekabrın 14-də Brüsseldə keçirilmiş görüşün əhəmiyyəti vurğulandı. Qeyd edək ki, həmin görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində həyata keçirilib. Dövlətimizin başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi digər iki və üçtərəfli görüşlərdə, o cümlədən NATO-nun Baş katibi Yens Stoltenberqlə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlarında ölkəmizin dünyada möhkəmlənən mövqeyinin yüksək dəyərləndirilməsi, qlobal təşəbbüslərinin dəstəklənməsi Azərbaycanın haqq-ədalət işinə beynəlxalq səviyyədə göstərilən etimad kimi dəyərləndirildi. Şarl Mişelin, Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair Bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olması, regionda kommunikasiya infrastrukturunun yaradılması, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycanın təşəbbüslərinin və təkliflərinin dəstəklənməsi, dəmir yolu xəttinin çəkilməsinə xüsusi diqqət göstərilməsi Prezident İlham Əliyevin siyasi iradəsinə, qətiyyətinə verilən dəyər kimi önə çəkildi. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinin yaratdığı acı nəticələrdən bəhs edən Prezident İlham Əliyevin söylədiyi faktların qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın acizliyi dünya güclərinin diqqətindən kənarda qalmadı və bir daha sübut olundu ki, Azərbaycan nəinki döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində, diplomatik müstəvidə də qalibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bu xatırlatmanı da edib ki, Şərq Tərəfdaşlığının Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-formal görüşü keçirilib. Həmin görüşdən sonra Fransa Prezidenti feysbuk hesabında Azərbaycan dilində etdiyi paylaşımında bildirib ki, biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Fransa Prezidentinin fevralın 4-də keçirilən videoformatda görüşə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi qatılması da artıq postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyinin təsdiqidir. Sirr deyil ki, Fransa daim ermənipərəst mövqeyi, işğalçı Ermənistana dəstəyi ilə diqqətdə olan ölkə olub. İstər 30 illik işğal dövründə, istərsə də Vətən müharibəsinin davam etdiyi günlərdə Fransanın yürütdüyü siyasətə, səsləndirdiyi bəyanatlara diqqət yetirsək daim özünə qarşı etimadsızlıq mühitini yaratdığını görərik. Artıq bu günədək keçirilən Moskva, Soçi, Brüssel görüşlərinin, həmçinin fevralın 4-də keçirilən videoformatda görüşün birgə Bəyanatına diqqət yetirsək Minsk qrupuna istinadın olmadığını görərik. Sənədlərdə, həmçinin Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə də yoxdur. Bu, bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının təsdiqidir. Son görüşün Bəyanatı da bu reallığın növbəti nümunəsidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bu reallığı qəbul edir. 30 illik işğal dövründə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən, ikili standartlara əsaslanan siyasəti ilə münaqişənin həllinin uzanmasına yardımçı olan ATƏT-in Minsk qrupunun fəaliyyəti artıq başa çatıb. Azərbaycan özü ədaləti bərpa etdi, BMT qətnamələrini təkbaşına icra etdi, işğalçıya yerini göstərdi. 28 illik fəaliyyəti dövründə işğalçını adı ilə çağırmaq istəməyən, amma münaqişənin həllinə vasitəçilikdən danışan quruma hazırkı dövrdə - işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin geniş vüsət aldığı mərhələdə ehtiyac yoxdur. Keçirilən görüşlərin Bəyanatları da bu reallığın nümayişidir.

Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdiyini önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər təşkil edir. Qeyd edilən məsələlər ətrafında müzakirələr postmünaqişə dövrünün reallıqlarının həm Ermənistan, həm də dünya gücləri tərəfindən qəbul olunduğunu və davamlı sülhün təmin edilməsi prosesinə dəstək göstərməyə hazır olduqlarını təsdiqləyir.

Vüqar Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyev müzakirə olunan məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha vurğulayaraq Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması kimi məsələləri xüsusi diqqətdə saxladı. Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini növbəti dəfə xüsusi vurğuladı. Bu fakt da diqqətə çatdırıldı ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

“Postmünaqişə dövrünün reallıqları fonunda keçirilən hər bir görüşün sonunda qəbul olunan sənəd siyasətində ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verən, ən əsası, 44 günlük İkinci Qarabağ münaqişəsi dövründə dünyaya bu məfhumların mövcudluğunu sübut edən Azərbaycanın sözünün nə qədər dəyərli olduğunu, irəli sürdüyü təşəbbüslərin böyük dəstək qazandığını özündə ehtiva edir. Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Bölgədə daimi sülhün, təhlükəsizliyin təmin olunması ilə yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsi imkanları da genişlənəcək. Kommunikasiyaların açılması əlaqələrin inkişafına, iqtisadi tərəqqiyə böyük dəstək olacaq. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir