Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti ilə Azərbaycan hər bir hədəfə zamanında nail olur

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti ilə Azərbaycan hər bir hədəfə zamanında nail olur

Bakı, 27 aprel, AZƏRTAC

Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Ermənistanın bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün Azərbaycanın sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addım atmaq barədə düşünməməsi mütəmadi olaraq 2020-ci il tarixli 10 noyabr üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozması sənəddə əksini tapan müddəaların təkrar-təkrar xatırladılmasını şərtləndirir. Üçtərəfli Bəyanatda qeyd edilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələri qalıqlarının Azərbaycan ərazisindən çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Laçın yolu üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən edilməsi və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulurdu. Azərbaycan Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdi. Sənədin imzalanmasından ötən müddət ərzində Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək sülh gündəliyinin müəllifi kimi mövqeyini möhkəmləndirdiyi halda Ermənistan öhdəliklərin icrasında maraqlı olmadığını hər addımında təsdiqləyir. Digər tərəfdən bu məqamı da unutmayaq ki, o zaman Ermənistan Laçın yolunun 20 kilometr enində olmasında və yolun Ermənistanın nəzarətində olmasında təkid edirdi. Lakin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərt, qətiyyətli və prinsipial mövqeyi nəticəsində yol 5 kilometr enində müəyyən edildi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar üçtərəfli Bəyanatda əksini tapdı. Bununla bərabər, yeni yolun ilyarıma istifadəyə verilməsi, Ermənistanın bu yolun öz ərazisindən keçən 7 kilometrlik hissəsinin tikintisini süni şəkildə ləngitməsi, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törətməsi postmünaqişə dövrünün reallıqları sırasındadır. Ermənistan hər addımda 44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyəti ilə barışmadığını, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu təsdiqləyir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il avqustun 26-da özünün tviter səhifəsində belə bir paylaşım etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Bu müjdədən çox keçmədi ki, Müzəffər Ali Baş Komandan sentyabrın 21-də Laçın şəhərinə səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı.

Göründüyü kimi, Azərbaycan istədiyinə nail olur. Atılan addımlar Azərbaycanın mövqeyinin dəyişməzliyini, qarşıya qoyduğu hər bir hədəfə yüksək səviyyədə nail olmaq üçün səylər göstərdiyini nümayiş etdirir. Hər bir çağırışın real həyatda öz əksini tapması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində cari ilin hədəflərini açıqlayarkən bu il laçınlıların doğma Laçına qayıdacaqlarını bildirdi və diqqəti bu əminliyi əsaslandıran məqamlara yönəltdi. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bu ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, cənab İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti nəticəsində qazanılan uğurlar bu hədəfə də zamanında nail olacağımızı şərtləndirir. Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də ölkəmizin öz ərazi bütövlüyünü tam bərpa etdiyini bir daha təsdiqlədi. Təbii ki, atılan hər bir addımı şərtləndirən mühüm məqamlar mövcuddur. Ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşımaları, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərmələri, eyni zamanda, Qarabağda təbii sərvətlərimizin talanması və Laçın yolu ilə Ermənistana daşınması Azərbaycanı narahat etməyə bilməz. Dövlətimiz bununla bağlı ən yüksək tribunalardan sərt mövqeyini açıqlasa da, qarşı tərəf yenə də qanunsuz əməllərini, təxribatlarını davam etdirməklə açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirməkdə idi. O da məlumdur ki, təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq ekofəallar ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində dinc aksiyaya başlayıblar. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə etirazlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti dünyada Ermənistan və havadarları tərəfindən Azərbaycana qarşı kampaniya təşkil edilməsinə, xarici mediada Azərbaycan əleyhinə aparılan qara piar kampaniyasına yönəldib. Bildirib ki, heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli və ədalətli mövqeyindən daşındıra bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi, hətta Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət ünvanlayaraq onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı. Bütün bunlar Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, himayədarlarına arxalanaraq təxribatlar törətməklə, qərəzli, heç bir əsası olmayan bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa səy göstərdiklərini təsdiqləyir. Azərbaycan tərəfi ilk gündən Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini bildirir. Dövlətimizin başçısı İlham Əliyev “Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan Bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq… biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar” fikirləri ölkəmizə qarşı qara piar kampaniyası aparanlara tutarlı cavabdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır