Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu

Vüqar Rəhimzadə: Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu

Bakı, 26 sentyabr, AZƏRTAC

İkinci Qarabağ savaşının başlandığı 2020-ci il 27 sentyabr tarixindən iki il ötür. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi təsis olunub. Azərbaycanı Zəfərə aparan 44 günlük yolun başlanğıcı olan bu tarix özündə bütün məqamları ehtiva edir. Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı. Döyüş meydanında üstünlüyümüzü həzm edə bilməyən Ermənistan silahlı qüvvələri iki dəfə cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəni, Bərdəni və Tərtəri raket atəşinə tutdu. İnsanlığa qarşı törədilən bu cinayətlər, bu təxribatlar da dünyanın gözü qarşısında baş versə də həmişəki susqunluq kimi, günün əsas reallığına çevrildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir, tərəflər arasında əldə olunan humanitar atəşkəsi pozur, bəzi dünya gücləri bunu səssiz qarşılayırdılar. Müharibənin getdiyi dövrdə işğalçı Ermənistanın bir tərəfdən dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında diz çöküb danışıqların bərpası ilə bağlı yalvarışlarının, digər tərəfdən isə əldə olunan humanitar razılaşmanı pozduğunun şahidi olduq. Azərbaycan müharibənin gedişi dövründə dünyaya yenə də sərt mesajlarını çatdırdı. Bütün bu ikili standartlara əsaslanan siyasət fonunda müxtəlif təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan öz haqq işindən geri çəkilmədi, sonadək mübarizəsini davam etdirdi. Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tariximizə Zəfər səhifəsini yazdı. 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Dünya güclərinin 28 il kağız üzərində saxladığı BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi. Bir daha dünyaya bəyan edildi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasət nəticəsində onların tətbiqinə nail olmaq, haqqı, ədaləti bərpa etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu günümüzün Zəfər sevincini yaşayarkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirləri yada salmamaq mümkün deyil: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyevin 19 ilə yaxın prezidentlik dövrünün 2003-2020-ci illəri torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir. Bu illər ərzində Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Məhz ölkəmizin informasiya cəbhəsində üstünlüyü 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Vətən müharibəsinin gedişi dövründə bir daha bu çağırışı etdi ki, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik.

Əbəs yerə deməyiblər ki, tarixinə sahib çıxan dövlət, xalq məğlubedilməzdir. Hər zaman qeyd olunduğu kimi, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalq tarixin bütün sınaqlarından şərəflə çıxacaq. Azərbaycan xalqı 30 illik işğal dövründə bir an belə torpaqlarımızın yağı düşmən tapdağından azad ediləcəyinə bağlı ümidlərini itirmədi. Təbii ki, dövlətimizin uğurlu siyasəti bu əminliyə əsas verirdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, ərazi bütövlüyümüzü təmin edəcəyik, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Münaqişənin həllində sülh danışıqları səmərə verməyəcəyi təqdirdə, hərb yoluna üstünlük veriləcək.

“Artıq iki ildir ki, məhz bu sevinci, torpaqlarımızın işğaldan azad edilməsinin qürurunu yaşayırıq”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Prezident İlham Əliyev daim bildirir ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. 44 günlük İkinci Qarabağ müharibəsində bütün təzyiqlərə baxmayaraq, Ali Baş Komandanımız qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədi. İşğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da yağıların torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər, ən əsası Qarabağın tacı, ermənilərin illərdir erməniləşdirməyə çalışdıqları Şuşamız işğaldan azad edildikdən sonra Ermənistan diz çökdü. Nəticədə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu.

Azərbaycanın bu Qələbəsinin şəksiz olduğunu vurğulayan Vüqar Rəhimzadə bildirib: “Hətta beynəlxalq ekspertlər də Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə, Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idilər. Çünki Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev möhkəm təmələ əsaslanaraq elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Bu illər ərzində dövlətimizin başçısı artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirmək, Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini daim xüsusi diqqət mərkəzində saxladı. 2003-2020-ci illərdə ordu quruculuğu Prezident İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil etdi. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və hərbi texnikalar alınaraq ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirildi”.

“2020-ci il noyabrın 8-də - 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, müharibədə asan qələbə olmur. Tarixi Zəfərimizi 3 mindən çox şəhidimizin canı, qanı bahasına, qazilərimizin və digər cəsur döyüşçülərimizin şücaəti ilə qazandıq. Bu baxımdan, Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Zəfər və Anım günlərinin təsis olunması daim bizə diktə edir ki, xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Zəfəri bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Bu Zəfərin Sərkərdəsi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz cəsur Sərkərdə, Ali Baş Komandanın çağırışları, dönməz qətiyyəti, tarixi Zəfərə böyük inamı igidlərimizi qələbədən-qələbəyə apardı. Prezident İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, bu gün Ümummilli Liderin və şəhidlərimizin ruhları şaddır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Prezident İlham Əliyev Şuşa azad olunanda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla vurğuladı. Həmin gün Prezidentimizin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti şəhidlərin ruhuna ehtiramın, onların qanları, canları ilə tarix yazmalarına verilən yüksək dəyərin ifadəsi idi. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu. Ayrı-ayrı şəhərlərdən, rayonlardan, kənd və qəsəbələrdən torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olub, silaha sarılan oğullarımızın hər biri özünəməxsus bir qələbə səhifəsi yazdı. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən oğullarımız ən yüksək zirvəyə - şəhidlik zirvəsinə yüksəldilər. Dövlətimizin başçısı İlham Əliyev daim xalqa müraciətlərində Qələbənin qazanılmasında əsgərlərimizin rolunu önə çəkərək, müharibədən sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə ilk görüşünün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə olmasını xüsusi qeyd edərək bildirdi: “Müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər”. “Birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir”, - söyləyən Ali Baş Komandan onu da qeyd etdi ki, hər zaman əsgərlərimizlə bir yerdə olacaq. Qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim dövlətimizin başçısının nəzarəti altında olacaqlar.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh gündəliyinin müəllifi kimi çıxış edir. Qeyd olunan istiqamətlərdə iki ildə atılan addımlar Azərbaycanın iqtisadi və siyasi mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. İlk dəfə olaraq dünya hərb tarixində bel bir hal yaşandı ki, müharibədən çıxan ölkə dərhal bərpa-quruculuq işlərinə başladı. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına, həmçinin Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu səfər mühüm tarixi məqamlarla yadda qaldı. Azərbaycan oğullarını Şuşaya qovuşduran, dastana çevrilən Şuşa əməliyyatının keçirilməsinə şahidlik edən Füzuli-Şuşa avtomobil yolunun - dövlətimizin başçısı İlham Əliyevin Zəfər yolu adlandırdığı yolun tikintisi ilə bağlı göstərişlər verildi. Ümumilikdə postmüharibə dövrünün ilk günlərindən infrastruktur layihələrinin icrası prioritet məsələ kimi öndə oldu. Bu günümüzün reallıqları sırasında təkcə bu faktı qeyd etmək kifayətdir ki, artıq Azərbaycan Qarabağdan və Şərqi Zəngəzurdan hava qapılarını dünyaya açır. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Zəngilan Beynəlxalq Hava Limanının isə yaxın günlərdə işə düşməsi nəzərdə tutulur. Artıq Şuşa beynəlxalq diplomatik mərkəzə çevrilib. Hər gün beynəlxalq əhəmiyyətli tədbirlərə, eyni zamanda, bu və ya digər sahələri əhatə edən sənədlərin imzalanmasına şahidlik edən Şuşa çal-çağırlı günlərini yaşayır. Mədəniyyət paytaxtımız bu il dünyanın enerji tərəfdaşlarını, o cümlədən dünya azərbaycanlılarını bir araya gətirdi. İki ildə istər bərpa-quruculuq sahəsində, istərsə də ənənəvi tədbirlərə yenidən start verilməsi baxımından işğaldan azad edilmiş ərazilərimiz özünün sevincli günlərini yaşayır. Artıq işğaldan azad edilən torpaqlara Böyük Qayıdışın da ilk addımı atıldı. Bu il Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası, müasir tələblərə tam cavab verməsi bir daha bu reallığı təsdiqləyir ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilməklə təkcə Azərbaycanın deyil, dünyanın ən diqqəti çəkən diyarları olacaq. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verən düzgün qurulan və gələcəyə hesablanmış siyasətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir