Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüsal Qasımlı: Düşmənin dinc əhalini hədəfə alması terror aktı kimi qiymətləndirilərək bütün dünyanı heyrətə salıb VİDEO

Vüsal Qasımlı: Düşmənin dinc əhalini hədəfə alması terror aktı kimi qiymətləndirilərək bütün dünyanı heyrətə salıb VİDEO

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək uğrunda həyata keçirdiyi Vətən müharibəsində hər gün yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və Ordumuzun gücünü sübut edir. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə Ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarır. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı oktyabrın 31-də keçirilən brifinqdə deyib.

O qeyd edib ki, sentyabrın 27-dən oktyabrın 30-u saat 08:00-a olan göstəricilərə əsasən, 182-dən çox məntəqə düşmən hədəfinə çevrilib və bu məntəqələrə 27 mindən artıq mərmi və 218 raket atılıb. Atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd etmək olar. Lakin ən çox insan tələfatı Bərdədə (27 nəfər), Gəncədə (26 nəfər) və Tərtərdə (17 nəfər) olub. Sentyabrın 27-dən oktyabrın 30-na Ermənistan tərəfindən atılan raket və mərmilər nəticəsində 91 mülki vətəndaş həyatını itirib, 396 nəfər xəsarət alıb, 2442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılıb. Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə də ziyan dəyib. Onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı və biri istilik təchizatı obyekti olub.

V.Qasımlı deyib ki, ziyan dəymiş dini obyektləri və abidələri də xüsusi qeyd etmək lazımdır. Belə ki, 17 dini obyekt zərər görüb - bura məscid, kilsə və qəbiristanlıqlar aiddir. Həmçinin Gəncə, Tərtər və Ağdamda yerləşən 3 tarixi abidəyə də ziyan dəyib. Mülki əhaliyə hücum etməklə Ermənistan həm də 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarını pozur. Bu konvensiyalar və əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

İcraçı direktor bildirib ki, düşmənin dinc əhalini hədəfə alması özü özlüyündə terror aktı olaraq qiymətləndirilərək bütün dünyanı heyrətə salıb. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırır. Belə ki, ermənilərin Azərbaycanın yaşayış məntəqələrinə atdığı raketlər insanların sıx məskunlaşdığı və mülki yaşayış məntəqələrinin olduğu ərazilərdə istifadəsi qadağan olunan kaset tipli raketlər olub. Bununla da, Ermənistan Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozur. Hansı ki, İsveçrə Kaset Silahları üzrə Konvensiyasının prezidenti olaraq, bəyanat verib ki, Qarabağdakı qarşıdurmada kaset döyüş sursatlarının istifadəsi iddialarına dair məlumatlardan çox narahatdır. İsveçrə hər hansı bir qarşıdurmada tərəfləri beynəlxalq humanitar qanuna tam hörmət etməyə və kasetli döyüş sursatından istifadə etməməyə çağırır. İsveçrə hökuməti Kaset Silahları üzrə Konvensiyasının qüvvəyə minməsindən 10 il keçməsinə baxmayaraq, hələ də bu sursatdan istifadə edilməsindən təəssüflənir.

“Human Rights Watch” və “Amnesty International” təşkilatları da Azərbaycanın mülki əhalisinə və infrastrukturuna Ermənistan tərəfindən qadağan olunmuş kasetli bombalardan istifadə etməklə hücumları öz hesabatlarında təsdiq edib. Bundan sonra beynəlxalq konvensiyanın tələbinə uyğun olaraq kasetli bombanın Ermənistan tərəfindən istifadəsi, inkişafı, istehsalı, əldə edilməsi, yığılması, saxlanması da daxil olmaqla fəaliyyətlərə qarşı preventiv tədbirlər görülməlidir”, - deyə V.Qasımlı əlavə edib.

O vurğulayıb ki, yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Müzəffər Ali Baş Komandanı və Ordumuzu mənəvi olaraq dəstəkləməyə davam edir. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli Ordumuz döyüş meydanında müvəffəqiyyətlə alır. Buna baxmayaraq, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror hadisələrinə görə beynəlxalq hüquq qarşısında da cavab verməli olacaq. Belə ki, beynəlxalq hüquqi normalarda beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı öhdəlikləri pozaraq vurduğu ziyan mütləq məsuliyyət olaraq qiymətləndirilir və bir neçə instansiyada cəzalandırılması nəzərdə tutulur. Bu məsələlər həm BMT-nin Təhlükəsizlik Şurası və Ədalət Məhkəməsi, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tənzimlənir. Sentyabrın 27-dən bu günə törədilmiş hadisələr BMT-nin Kompensasiya Komissiyasının təzminat verilməsini nəzərdə tutduğu 6 kateqoriyadan 5-i üzrə Ermənistanın məsuliyyətə cəlb olunmasını mümkün edir. Bu proseduralarda xəsarət almış şəxslər, həyatını itirmiş insanların yaxın ailə üzvləri, maddi zərərlə üzləşmiş obyektlərin sahibləri, dövlət obyektlərinə dəymiş zərərə görə dövlət, ətrafa dəymiş ziyana görə isə dövlət və beynəlxalq təşkilatlar kompensasiya alan tərəf qismində çıxış edə bilər. Tarixən dünya təcrübəsində də hərbi və insanlığa qarşı cinayətlər, terror hadisələri nəticəsində zərər çəkən tərəflər əks tərəfdən reparasiya (vurulmuş zərərin müxtəlif vasitələrlə qarşılanması) və ya kompensasiya tələb edib. Bütün bu törədilmiş hadisələr xarici diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdə olan üzvləri və humanitar layihələri həyata keçirən şəxslər tərəfindən də çox yaxından izlənilir. Hətta həyatını itirən və xəsarət alanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri də var. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avrasiya regionu üzrə direktoru Martin Şüepp açıqlamasında bildirir ki, Komitənin nümayəndələri də Azərbaycanda ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub.

V.Qasımlı bildirib ki, Ermənistanın düşünülmədən həyata keçirdiyi terror aktları əhatə dairəsini genişləndirməklə ermənilərin nə dərəcədə antihumanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı. Bu da onu göstərir ki, Ermənistanın beynəlxalq hüquqi normalara görə məsuliyyətə cəlb olunması üçün beynəlxalq arenadan şahidlər də onların əleyhinə çıxış edəcək.

Vüsal Qasımlı: Düşmənin dinc əhalini hədəfə alması terror aktı kimi qiymətləndirilərək bütün dünyanı heyrətə salıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO