Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vyanada Azərbaycanın Xalq Yazıçısı Anarın alman dilində çapdan çıxmış kitabının təqdimatı olmuşdur VİDEO

Vyana, 20 iyun (AZƏRTAC). İyunun 19-da Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın alman dilində nəşr olunmuş hekayələr kitabının təqdimatı olmuşdur.

Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə “Renate Rollfinke” nəşriyyatında çapdan çıxmış kitabın təqdimat mərasimində Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri, kitabsevərlər, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişlər.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova əsas qayəsi Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və incəsənətini təbliğ etmək olan mərkəzdə belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Qeyd olunmuşdur ki, bu təqdimat Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə may ayında açılışı keçirilən Azərbaycan Mədəniyyət Mərkəzinin ilk rəsmi tədbiridir və gələcəkdə də burada Avstriyada Azərbaycanı yaxından tanıdan çoxlu sayda tədbirlər nəzərdə tutulur.

Anarın həyat və yaradıcılığına nəzər salan L.Qasımova ədibin müasir Azərbaycan ədəbiyyatının ən tanınmış siması olduğunu diqqətə çatdırmış, onun yazıçı, şair, ssenarist, tərcüməçi kimi çoxşaxəli yaradıcılıq fəaliyyətinə toxunmuşdur. Bildirmişdir ki, bu il təkcə Azərbaycanda deyil, eləcə də dünyanın müxtəlif ölkələrində Xalq Yazıçısı Anarın 75 illik yubileyi geniş qeyd olunur və tədbir iştirakçıları adından görkəmli şair və ictimai xadim Anarı təbrik etmişdir.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Anarın alman dilində nəşr olunmuş hekayələr kitabında yazıçının ən populyar əsərlərinin toplandığını bildirmiş, həmin hekayələrdə real həyat cizgilərinin, ictimai-siyasi yüklü hadisələrə baxışın, estetik-bədii zövqlə qələmə alınmış təsvirlərin diqqəti cəlb etdiyini vurğulamışdır.

Bu layihənin reallaşmasında tərcüməçi Liliane Qrimmin və əslən bakılı olan Renate Rollfinkenin rəhbərlik etdiyi “Renate Rollfinke” nəşriyyatının səylərini yüksək qiymətləndirən səfir Q.İsrafilov, gələcəkdə də Azərbaycan ədəbiyyatından tərcümələr sahəsində bütün tərəfdaşlarla birgə uğurlu layihələrə imza atacaqlarına ümidvar olduğunu qeyd etmişdir.

Azərbaycanın Xalq Yazıçısı Anar çıxışında bu kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirmiş, təkcə Avropanın deyil, eyni zamanda, dünya mədəniyyətinin mərkəzlərindən biri sayılan Vyana şəhərində kitabının təqdimat mərasiminin keçirilməsindən məmnunluğunu ifadə etmişdir.

Qeyd edilmişdir ki, bu, müəllifin alman dilli məkanda sayca dördüncü, Avstriyada isə ilk kitabıdır.

Azərbaycanın dostu, uzun illərdən bəri respublikamızla sıx əlaqələrə malik olan və ölkəmizdə dəfələrlə səfərdə olmuş Lilane Qrimm böyük şövq və həvəslə Azərbaycanın görkəmli yazıçısı Anarın hekayələrini tərcümə etdiyini vurğulamış, gələcəkdə də Azərbaycan ədəbiyyatının sanballı nümunələrinin alman dilinə çevrilməsi işini davam etdirəcəyini bildirmişdir.

“Renate Rollfinke” nəşriyyatı adından çıxış edən Ştefan Rollfinke nəşriyyat barədə məlumat vermiş, gələcəkdə də azərbaycanlı tərəfdaşlarla birgə layihələr həyata keçirməyə hazır olduqlarını ifadə etmişdir. Bildirilmişdir ki, nəşriyyatın bütün layihələri xeyriyyə aksiyaları ilə müşayiət olunur və bu kitabın satışından əldə olunan vəsaitin bir hissəsi Vyana İnteqrasiya Evinə ianə kimi təqdim olunacaqdır. Həmçinin kitab alman dilli məkanda bütün kitab mağazalarından əldə oluna bilər. Eyni zamanda bütün Avropa ölkələrindən olan kitabsevərlər kitabı internetlə də sifariş verə bilərlər. Bu isə kitabı geniş oxucu kütləsi içərisinə çıxarmaq, onu daha yaxından tanıtmaq imkanı yaradır.

Sonra yazıçı Anar kitabda toplanmış hekayələrindən parçalar oxumuşdur. Həmin parçalar, həmçinin alman dilində də səsləndirilmişdir.

Sonda kitabı əldə etmiş oxucular üçün həmin nüsxələr müəllif tərəfindən imzalanmışdır.

Hekayələr kitabında yazıçı Anarın ən çox oxunan hekayələri - “Mən, sən, o və telefon”, “O gecənin səhəri”, “Gürcü familiyası” (“Gün keçdi” filmi həmin hekayənin motivləri əsasında ekranlaşdırılmışdır), “Yaxşı padşahın nağılı” və s. əsərləri toplanmışdır.

Azərbaycan yazıçısı və publisisti, “Ölkəm” jurnalının baş redaktoru Günel Anarqızının alman dilinə çevrilmiş “Qarabağ hekayələri” kitabı, eləcə də Anarın digər kitabları Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə edilmişdir.

Mərasim ziyafətlə başa çatmışdır.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır