ELM VƏ TƏHSİL
Vyetnam Milli Assambleyasının hüquq komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti BDU-da
AZƏRTAC xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Vyetnam arasındakı dostluq əlaqələrindən danışıb.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfərinin münasibətlərimizin inkişafında önəmli rol oynadığını bildirib.
Vyetnam Milli Assambleyasının daimi komitəsinin üzvü, hüquq komitəsinin sədri, nümayəndə heyətinin başçısı, professor Fan Trung Li vaxtilə təhsil aldığı BDU-da olmasından qürur duyduğunu, universitetin çox dəyişdiyini və burada öyrəndiklərinin ona həyatda çox gərəkli olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Vyetnam universitetləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.