Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqdan
Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Vyetnam dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Biz Sizin rəhbərliyiniz ilə ölkənizin inkişafını, xalqınızın rifahının yaxşılaşmasını, Azərbaycanın regionda və dünyada mövqeyinin güclənməsini daim izləyir və bundan fərəhlənirik.
Məmnuniyyətlə qeyd edirəm ki, Vyetnam ilə Azərbaycan arasında ölkələrimizin inkişafına və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verən ənənəvi dostluq və çoxsahəli əməkdaşlıq əlaqələri daim güclənir və genişlənir. Əminəm ki, xalqlarımız arasında əsası Prezident Xo Şi Min və Prezident Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətləri xalqlarımızın maraqları və qarşılıqlı mənafeyi naminə bundan sonra da dərinləşəcək, həm Vyetnamda, həm də Azərbaycanda sülhə, sabitliyə və inkişafa töhfə verəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə daha böyük uğurlar, Azərbaycana çiçəklənmə, xalqınıza xoşbəxtlik arzu edirəm.
Hörmətlə,
Çan Day Kuanq
Vyetnam Sosialist Respublikasının Prezidenti