Vyetnamda bənzərsiz bağça
Bakı, 9 aprel, AZƏRTAC
Vyetnamda “LAVA” arxitektura bürosunun layihəsi əsasında “EcoKindi” adlanan uşaq bağçasının tikintisi planlaşdırılır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, arxitektorların fikrincə, 750 yerlik bağçada uşaqlar üçün maraq doğuran bir çox məsələlər öz həllini tapıb. Müxtəlif material və rəng çalarlarından istifadə edilən bağça kompleksinin mərkəzində tropik meşə sahəsi, oyun meydançaları, Y şəkilli körpücüklər və bənzərsiz gölün sahili məhz bu məqsədə xidmət edir.
Layihə müəllifləri, həmçinin hesab edirlər ki, uşaqlara dizaynı yaxşı öyrətmək lazımdır. Bu, onların dünya haqqında təsəvvürlərinə də müsbət təsir edəcək.