RƏSMİ SƏNƏDLƏR
V.Y.NƏRİMANBƏYOVUN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN F Ə R M A N I
Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Vidadi Yaqub oğlu Nərimanbəyov “Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2001 -ci il