DÜNYA
“WhatsApp” “Windows” və “Mac OS X” versiyalı cihazlarda da olacaq
Bakı, 2 may, AZƏRTAC
Tezliklə populyar “WhatsApp” messencerinin “Windows” və “Mac OS X” əməliyyat sistemi bazasında fəaliyyət göstərən cihazlarda olacağı gözlənilir.
AZƏRTAC “vistanews.ru” saytına istinadən xəbər verir ki, bu barədə messencerin yeni versiyalarının beta-sınaqlarında iştirak edən tərtibatçı məlumat verib.
Əlavənin tərtibatçısının sözlərinə görə, “WhatsApp” messencerinin “Windows” və “Mac OS X” üçün versiyaları hələlik sınaqdan keçirilir. Burada söhbət əlavənin tam funksiyalı versiyasından gedir ki, bu messencerin köməyi ilə şəkil və videomateriallar göndərmək, həmçinin əlavənin malik olduğu digər interfeys və funksiyaların imkanlarından istifadə etmək mümkün olacaq.
“WhatsApp”ın “Mac OS X” və “Windows” üçün çıxacağı versiyanın dəqiq vaxtı hələlik məlum deyil. Ancaq məlumdur ki, bu əlavə yaxın zamanlarda istifadəyə veriləcək.