X X X
Sonra kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşdı.
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin, Baş nazirin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.