X X X
Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı Atatürk adına beynəlxalq hava limanında böyük səmimiyyətlə qarşıladılar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da İstanbulun mərkəzində - Şişli bələdiyyəsinin ərazisində ümummilli liderimiz Heydər Əliyev adına parkın və xalqımızın dahi oğlunun büstünün açılış mərasimində iştirak etdi.
Büstün yaxınlığındakı binada ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən “Əsrlərə bərabər bir ömür” adlı fotosərgi təşkil olunmuşdur. Binanın divarındakı mərmər lövhədə Heydər Əliyevin məşhur “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həkk edilmişdir.
İstanbulun minlərlə sakininin toplaşdığı mərasimi Şişli bələdiyyəsinin başçısı Mustafa Sarıgül açdı. Sonra İstanbul bələdiyyəsinin başçısı Müəmmər Gülər çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra büstün üzərindəki ağ örtük götürüldü. Prezident İlham Əliyev və mərasim iştirakçıları “Əsrlərə bərabər bir ömür” fotosərgisi ilə tanış oldular.