X X X
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də vətənə yola düşmüşdür.
Dövlətimizin başçısını Moskvanın “Vnukovo-2” beynəlxalq hava limanında Rusiya xarici işlər nazirinin müavini Eleonora Mitrofanova, XİN-in MDB departamenti direktorunun müavini Aleksandr Prişşepov, ölkəmizin Rusiyadakı səfiri Ramiz Rizayev və digər rəsmi şəxslər, habelə Moskvadakı Azərbaycan diasporunun nümayəndələri yola saldılar.