X X X
Sonra dövlətimizin başçısı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar xüsusi xidmətlərinə görə Prezident Heydər Əliyevin 2003-cü il 4 iyul tarixli Fərmanı ilə “Şöhrət” ordeninə layiq görülmüş dənizçilərə - Aydın Bəşirova, Həqiqət Qasımova, Yaşar Dadaşova və Akif Babayevə ordenləri təqdim etdi.
Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri mərasimdə iştirak edirdilər.