X X X
Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatdı.
Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Milli geyimli oğlan və qız Prezidentə gül-çiçək təqdim etdilər.
Prezident İlham Əliyevi Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, digər rəsmi şəxslər, eləcə də hava limanına gəlmiş minlərlə naxçıvanlı səmimiyyətlə yola saldılar.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Bakıya qayıtdı.
(Səfər barədə materialların davamı qəzetin növbəti nömrəsində dərc olunacaqdır).