X X X
Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə tikilmiş elektrik stansiyalarının açılış mərasimlərində iştirakını, energetiklərlə görüşlərini əks etdirən fotoşəkillər toplanmışdır. Burada Prezident İlham Əliyevin iştirakı ilə ötən il Astarada istifadəyə verilmiş qaz-kompressor stansiyasının açılışına dair fotoşəkillər də nümayiş etdirilir. Bütün bunlar ulu öndərin və dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğı barədə dolğun təsəvvür yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev muzeyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Azərbaycanın enerji potensialının möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Bu gün bu işlər davam edir. Astara elektrik stansiyasının istismara verilməsi bunun bariz nümunəsidir.
Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında Astara elektrik stansiyası öz rolunu oynayacaqdır və cənub bölgəsini keyfiyyətli enerji ilə təmin edəcəkdir.
Astaralılara yeni uğurlar və xoşbəxtlik arzulayıram.