X X X
Mətbuat konfransından sonra Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan prezidentləri zirvə görüşü münasibətilə Ukrayna poçt xidmətinin buraxdığı yeni poçt markalarının təqdimat mərasimində iştirak etdilər. Dövlət başçıları poçt markalarını imzaladılar və xatirə şəkli çəkdirdilər.
Bununla da GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü başa çatdı.