X X X
Dekabrın 22-də Prezident İlham Əliyev paytaxtımızın Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, Nəqliyyat Nazirliyinin yaxınlığında tikilmiş yol qovşağının - körpünün açılışı mərasimində iştirak etdi. İnşaatçılar, şəhər sakinləri dövlətimizin başçısını hörmətlə qarşıladılar və gül dəstəsi təqdim etdilər.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, yol qovşağının layihəsi və göstəriciləri ilə tanış oldu. Məlumat verildi ki, körpünün ümumi uzunluğu 600 metr, o cümlədən yolötürücüsü 330 metr, eni 23,4 metrdir. Dördzolaqlı körpüyə giriş yolunun uzunluğu 1,3 kilometrdən çoxdur. Görülən işlərə 19,6 milyon, o cümlədən tikinti quraşdırma işlərinə 16,2 milyon manat xərclənmişdir. Yol qovşağı Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamenti tərəfindən inşa olunmuşdur.
Sonra açılış münasibətilə mərasim keçirildi.
Nəqliyyat naziri Ziya Məmmədov ulu öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafını nəzərdə tutan uzaqgörən siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini və bunun gələcəkdə daha böyük bəhrələr verəcəyini vurğuladı.
X X X
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.