XAÇMAZ İNKİŞAF YOLUNDADIR
Şəhərin mərkəzinə toplaşmış on minlərlə insan Prezident İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla və səmimiyyətlə qarşıladılar.
Xaçmazın mədəniyyət və istirahət parkında Prezident İlham Əliyevin sakinlərlə görüşü oldu.
Görüşü giriş sözü ilə açan rayon ağsaqqalı, Yalama bələdiyyəsinin sədri Vaqif Sərdarov xaçmazlılar adından Prezident İlham Əliyevi salamladı. O bildirdi ki, Azərbaycanın bütün yerlərində olduğu kimi, Xaçmazda da geniş quruculuq və abadlıq işləri aparılır. Yeni iş yerləri açılır, sahibkarlığa böyük diqqət və qayğı göstərilir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində mümkün olmuşdur. Xaçmazlılar Azərbaycan Prezidentinin uğurlu xarici siyasətini də dəstəkləyir, onun rəhbərliyi altında beynəlxalq aləmdə ölkəmizin mövqeyinin gündən-günə güclənməsini böyük sevinc hissi ilə qarşılayırlar.
Yalama bələdiyyəsinin sədri Prezident İlham Əliyevə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fonda hədiyyə etmək üçün xaçmazlılar adından gözəl xalça təqdim etdi.
X X X
Dövlətimizin başçısı görüş iştirakçıları qarşısında nitq söylədi.