CƏMİYYƏT
Xaçmaz rayon sakini münaqişə zəminində odlu silahla həmyerlisinə xəsarət yetirmişdir
Bakı, 14 iyun (AZƏRTAC). Xaçmaz rayonunun Tikan-oba kəndindəki evlərdən birində müvəqqəti yaşayan rayon sakini Xanlar Ağayev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerlisi İbad Babayevə qarın nahiyəsindən xəsarət yetirmişdir.
İ.Babayev xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Ağayev saxlanılmış, ondan istifadə etdiyi ov tüfəngi götürülmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]