ELM VƏ TƏHSİL
Xaçmaz rayonunda 5 yeni məktəb binası inşa olunur
Xaçmaz, 23 yanvar (AZƏRTAC). Xaçmaz rayonunda təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işləri davam etdirilir. Hazırda rayon ərazisində 5 yeni məktəb binası tikilir.
AZƏRTAC xəbər verir ki, yeni məktəblər rayonun Arzu qəsəbəsi, Qıraqlı, Qaraçı, Qaradağ Buduq və Hacılar kəndlərində inşa olunur.
Arzu qəsəbəsində inşa olunan 220 yerlik, ikimərtəbəli məktəb binasının tikintisinə 2013-cü ilin sentyabrından başlanılmışdır. 11 sinif otağından ibarət olacaq elm ocağında bütün fənn kabinetləri, kitabxana, kompyuter otağı, akt və idman zalları fəaliyyət göstərəcəkdir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcəkdir.
Xaçmazda tikilməkdə olan yeni məktəblərin növbəti tədris ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.