REGİONLAR
Xaçmazda ağacəkmə aksiyaları çərçivəsində 10 minə yaxın ting əkiləcək VİDEO
Xaçmaz, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə Xaçmaz rayonunda mart ayına kimi 10 minə yaxın ağac əkiləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 5-də keçirilən “Hərəyə bir ağac əkək” aksiyasında YAP Xaçmaz rayon təşkilatının 300-dən çox üzvü iştirak edib.
Kampaniya zamanı rayonun təbii şəraitinə uyğun olan meşə ağacları və meyvə tingləri əkilib. Aksiya Xaçmaz-Xudat yolunun kənarlarındakı yaşıllıq zolaqlarında aparılıb.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, partiyanın rayonda 9 min 500 üzvü var və onların hər biri bu aksiyaya qatılacaq.
Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində növbəti ilin yaz aylarına qədər davam etdiriləcək.