Xaçmazda biçilmiş əkin sahələrində yanğın başlayıb
Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda biçilmiş əkin sahələri yanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Məmmədxanlı kəndi ərazisində qeydə alınan yanğın bir neçə saat ərzində 70 hektara yaxın ərazini əhatə edib.
Hadisə yerinə Xaçmaz və Şabran Rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının ətraf ərazilərə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində iş aparılır.