REGİONLAR
Xaçmazda bir həftə ərzində 5 min 710 nəfər pulsuz müayinə olunub VİDEO
Xaçmaz, 10 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən kampaniya çərçivəsində Xaçmaz rayonunda bir həftə ərzində 5 min 710 nəfər pulsuz tibbi müayinə olunub.
Rayon mərkəzi xəstəxanasında müayinə edilən vətəndaşlardan xəstəlik aşkarlanan 186 nəfəri ambulator müayinəyə cəlb olunub. 13 nəfər isə təkrar müayinə və müalicə üçün Bakı şəhərində yerləşən tibb müəssisələrinə göndərilib.
Rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Əliniyaz Ramazonov AZƏRTAC-a bildirib ki, hər cür tibbi avadanlıqla təchiz edilən tibb müəssisələrində insanların müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim briqadaları yaradılıb. Onların birgə səyləri ilə vətəndaşlar arasında rentgen, ultrasəs müayinəsi, exokordioqrafiya, laboratoriya və digər müayinələr aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]