CƏMİYYƏT
Xaçmazda, Göyçayda və Neftçalada piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş vermişdir
Bakı, 26 avqust (AZƏRTAC). Xaçmaz rayonunda Qobu-qırağı kənd sakini Cəmşid Həsənov idarə etdiyi “VAZ-21273” markalı avtomobillə yolu keçən rayon sakini Şahin Rəhimovu vurmuşdur.
Hadisə nəticəsində piyada aldığı xəsarətdən dünyasını dəyişmişdir.
Göyçay rayon sakini Rövşən Əbdürrəhmanov sürdüyü “Talbat Simka” markalı avtomobillə yolu keçən rayon sakini Akif Manafovu vurmuşdur. A.Manafov aldığı xəsarətdən hadisə yerində keçinmişdir.
Neftçala rayonunun Dördlər kəndində rayon sakini Səid Əliyev idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə yolu keçən Xıllı qəsəbə sakini Aydın Əsgərovu vurmuşdur. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmamışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar davam edir.