İQTİSADİYYAT
Xaçmazda ötən ilin yekunları müzakirə olunmuşdur
Xaçmaz, 29 yanvar (AZƏRTAC). Yanvarın 29-da Xaçmaz şəhərində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda ötən il görülmüş işlərdən ətraflı söhbət açılmış, qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, 2012-ci ildə şəhər əhalisinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması üçün xeyli məqsədyönlü işlər görülmüşdür.
Qeyd olunmuşdur ki, yola saldığımız ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Xaçmaz rayonunda aparılan genişmiqyaslı tikinti, yenidənqurma və abadlıq işləri vüsət almışdır. 2013-cü ildə də şəhərin, qəsəbə və kəndlərin qazlaşdırılması, yol infrastrukturunun, su-kanalizasiya sisteminin yenilənməsi istiqamətində işlər davam etdiriləcək, yeni məktəb binaları, səhiyyə ocaqları istifadəyə veriləcəkdir.