Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xaled Qobeyşi: “İslam Həmrəyliyi İli” Azərbaycan Prezidentinin dünyanın bütün ölkələri tərəfindən yüksək qiymətləndirilən unikal təşəbbüsüdür

Xaled Qobeyşi: “İslam Həmrəyliyi İli” Azərbaycan Prezidentinin dünyanın bütün ölkələri tərəfindən yüksək qiymətləndirilən unikal təşəbbüsüdür

Qahirə,18 yanvar, AZƏRTAC

Misirli məşhur siyasi icmalçı, MENA Dövlət İnformasiya Agentliyinin beynəlxalq əlaqələr və kommunikasiyalar üzrə direktoru Xaled Qobeyşi AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Azərbaycanın Prezidenti və lideri İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi barədə təşəbbüsü dərin ehtirama və təşəkkürə layiqdir. Bu təşəbbüs dünyada baş verən hadisələri və mövcud meyilləri dəqiq anlayan və incə tərzdə hiss edən liderin dəyişməz mövqeyini əks etdirir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yeni və müəyyən mənada unikal təşəbbüsü müxtəlif aktual məsələlər barəsində vahid mövqelərdən çıxış etməyin zəruriliyi haqda islam dünyasına çağırış və siyasi müraciətdir. Xaled Qobeyşi deyib: “Şübhəsiz, bu cür həmrəylik ideyası islam dünyasında baş verən hadisələr və müsəlman ölkələrinin üzləşdiyi müasir təhdidlər baxımından həyati zərurət idi. Xüsusi vurğulamaq istəyirəm ki, İslam həmrəyliyi barədə Azərbaycanın təşəbbüsü təsadüfi deyil, tamamilə qanunauyğun təşəbbüsdür, çünki Azərbaycan qədim dövrlərdən bu günə qədər bütün dünyada islami dəyərləri dəstəkləyən və müdafiə edən, tolerantlıq, multikulturalizm, dinlərarası və sivilizasiyalararası dialoq ənənələrinə malik ölkədir. Dünyanın bütün ölkələri Azərbaycan Prezidentinin bu unikal təşəbbüsünü yüksək qiymətləndirir və biz ümid edirik ki, bu il bütün müsəlman ümməti üçün firavan keçəcək”.

Misirli siyasi icmalçı onu da qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin, konfessiya və mədəniyyətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. O deyib: “Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən bu ölkə Şərq ilə Qərb arasında körpü rolu oynayır. Odlar Yurdu tarix boyu islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olub. Azərbaycan özünün tolerant mövqeyi, müasir sivilizasiyanın və dini dialoqun dəstəklənməsi kimi müdrik siyasəti sayəsində islam dünyası üçün modeldir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda tarix boyu dini və ya milli zəmində münaqişələr olmayıb”.

X.Qobeyşi vurğulayıb: “Bununla yanaşı qeyd etmək lazımdır ki, bu təşəbbüs öz-özünə yaranmayıb. Birliyə çağıran, son dərəcə əhəmiyyətli olan bu müraciət bütün islam dünyasına ünvanlanıb. Nümunə kimi belə bir faktı göstərmək olar ki, dünyada ilk dəfə məhz Azərbaycanda, ölkənin ən böyük məscidi olan Heydər məscidində müsəlmanlar (şiələr və sünnilər) birlik namazı qırıblar. Bu, qardaşlıq modelini nümayiş etdirən çox parlaq nümunədir. 2016-cı ilin “İslam Həmrəyliyi İli” elan edilməsi 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm İli”nin məntiqi davamıdır. Keçən il Azərbaycan multikulturalizm ənənələri və İslam dininin dəyərləri barədə dünyanı obyektiv şəkildə məlumatlandıra bildi. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan beynəlxalq birliyi həqiqi islami dəyərlərlə tanış etmək üçün həmişə çox böyük səy göstərir”.

Xaled Qobeyşi deyib ki, “İslam Həmrəyliyi İli” islam dünyası daxilində harmoniya və əməkdaşlığın möhkəmlənməsinə, habelə müsəlman ölkələri ilə digər dövlətlər arasında qarşılıqlı anlaşmaya şərait yaradacaq, bu isə siyasi, ideoloji, əxlaqi-etik baxımdan son dərəcə vacibdir. O vurğulayıb: “ İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi faktı müasir təhdidlərə cavab verən vacib və uzaqgörən addımdır. İndi, dini və etnik ayrı-seçkiliyin, dözümsüzlük və qeyri-tolerantlığın geniş yayıldığı bir vaxtda İlham Əliyevin bu çağırışı etnik və dini zəmində müxtəlif problemlərin və münaqişələrin həllinə şərait yaradan, olduqca vaxtında irəli sürülmüş çağırışdır. Bu müraciət sülhün, sabitliyin, xalqlar arasında qarşılıqlı məhəbbət, həmrəylik və anlaşmanın dəstəklənməsinə yönəlib. Bu baxımdan, “Bir günəş altında” adlı Azərbaycanda sənədli filmini xatırlayıram. Həmin filmin qəhrəmanları - Azərbaycanda sülh və həmrəylik şəraitində yaşayan müxtəlif etnik qrupların nümayəndələri öz mədəniyyətləri, ənənələri barədə ana dilində danışır və onların yeganə məqsədi müasir Azərbaycanın inkişafı və tərəqqisidir”.

Misirli siyasi icmalçı Xaled Qobeyşi sonda deyib: “Biz regional və beynəlxalq səviyyədə yüksək nəticələr qazanmış Azərbaycana yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq. Əminik ki, Azərbaycanın sülhsevər təşəbbüsü müsəlman ölkələrinin yaxınlaşmasına və birləşməsinə, islam dünyası ilə digər konfessiyalar arasında həmrəyliyə sanballı töhfə verəcək”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib