REGİONLAR
Xalid Abaszadə: Ekskursiyamız olduqca maraqlı keçib
Şəki, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Biləsuvar rayonundan qatılmışam. Ekskursiyamız olduqca maraqlı keçib. Qəbələ rayonunun tarixi məkanları və görməli yerləri ilə tanış olmuşuq. Qədim Şəkidə Xan sarayı, Dairəvi Məbəd və muzeylərlə tanışlıq da bizdə çox zəngin təəssürat yaradıb. Mən burada olduğumuz yerlər haqqında əvvəllər kitablardan, müxtəlif informasiya vasitələrindən müəyyən məlumatlar əldə etmişdim. İndi isə bütün bunları əyani şəkildə gördükdən sonra təsəvvürüm, məlumatım daha da artdı.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Biləsuvar rayonu Dərvişli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Xalid Abaszadə Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycan gənci olmağından qürur duyduğunu vurğulayan Biləsuvar məktəblisi onlara belə gözəl layihə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, tur-aksiyada çoxlu yeni dostlar qazanıb, həmçinin ölkəmizin tarixi məkanları ilə tanış olub, mənalı istirahət edib, əyləniblər.