MƏDƏNİYYƏT
Xalq artisti Elçin Əzizov “BraVo” mükafatına layiq görülüb
Moskva, 30 aprel, AZƏRTAC
Azərbaycanın Xalq artisti, Rusiya Böyük teatrının solisti Elçin Əzizov “BraVo” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, “BraVo” Beynəlxalq Peşəkar Musiqi mükafatının builki laureatlarına qızılı not açarı təqdim olunub. Mükafatın təntənəli təqdimat mərasiminin aprelin 24-də Böyük teatrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin mərasim sonradan təxirə salınıb və mükafatları onlayn formatda təqdim etmək qərara alınıb.
Elçin Əzizov klassik səhnənin ən populyar nümayəndələrindən biri kimi mükafata layiq görülüb.
Laureatlar arasında Rusiya, Belarus, Çin, Türkiyə, Misir və digər ölkələrin təmsilçiləri var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]