MƏDƏNİYYƏT
Xalq artistləri Fidan və Xuraman Qasımovalar Düsseldorfda çıxış ediblər
Xalq artistləri Fidan və Xuraman Qasımovalar Almaniyanın Düsseldorf şəhərində konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, konsertin təşkilatçısı Troysdorfda fəaliyyət göstərən Alman-Azərbaycan dostluq cəmiyyəti olub. Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi də sənətkarlarımızın konsertinə öz dəstəyini əsirgəməyib.
Konsertdən əvvəl son vaxtlar Almaniya və Azərbaycan arasında əlaqələrdən, xüsusilə mədəniyyət sahəsində çoxsaylı tədbirlərdən söhbət açılıb. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyü vurğulanıb.
Konsertin repertuarına Avropa və Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Xalq artistləri Fidan və Xuraman Qasımovaların ifası alqışlarla qarşılanıb.