Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Xalq sözü” qəzeti bölgələrdə qiymətli ərzaq olan şəkər çuğunduru istehsalının yüksəldilməsinə kömək edir

Bakı, 19 iyul, AZƏRTAC

On iki ilə yaxındır ki, “Xalq sözü” qəzeti hər sayında İmişli şəkər zavodu və AŞİB AQRO Departamentində görülən işlər və reallaşdırılan layihələr barədə yazılar dərc edir.

Həmişə olduğu kimi, bu dəfə də növbəti yazını hazırlayarkən departamentin direktoru, alim-aqronom Rövşən Əliyevlə fikir mübadiləsi apardıq. O dedi ki, sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi, aqrar sahədə də həyata keçirilən iqtisadi islahatlar, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması üçün real zəmin yaranıb.

Bazar münasibətlərinə keçid şəraitində dövlətimizin aqrar siyasətinin aparıcı istiqaməti daxili istehsal hesabına ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarət idi. Buna nail olmaq üçün respublikamızda əlverişli torpaq, iqlim şəraiti və çox böyük daxili imkanlar var.

Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramında göstərilirdi ki, “Ərzaq təhlükəsizliyi insan həyatının başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüquqların təmin edilməsi Azərbaycan Respublikası hökumətinin mühüm vəzifələrindən sayılır”.

Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı Fərmanla “Azərbaycan Respublikası Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” qəbul olunub. Bu proqrama uyğun olaraq respublikamızın iqtisadi rayonlarında mövcud potensial inkişafdan səmərəli istifadə etməklə, regionların sosial-iqtisadi inkişafını yüksəltmək yoluna əsaslı mərhələ kimi qədəm qoyulub.

Həyata keçirilən uğurlu xarici siyasət sayəsində ölkəmizdə münbit biznes mühiti formalaşıb, iqtisadiyyatımızın müxtəlif infrastrukturlarına investisiya qoyuluşları əsaslı surətdə artıb.

Azərbaycanın qida sənayesində aparıcı rola malik olan, “Azərsun Holdinq” Şirkətlər Qrupu regionda mövcud əmək ehtiyatlarından, təbii, iqtisadi potensiallardan səmərəli istifadə etməklə yeni iş yerlərinin yaradılması və ümumiyyətlə, Azərbaycanın müasir Aqrar Sənaye Kompleksinin yaradılmasına layiqli töhfələrini verməkdədir.

Bu istiqamətdə 12 il bundan əvvəl, açılışı 2006-cı il martın 23-də müqəddəs Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən İmişli Şəkər zavodunun istismara verilməsi ilə Azərbaycanın milli şəkər sənayesinin möhkəm əsası qoyulub, respublikamızın Kür-Araz qovşağına daxil olan rayonlarında əkinçiliyin, heyvandarlığın və bağçılığın intensiv əsaslarla inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradılıb. Əkinçilər məhsuldar toxumdan, yerli və mineral gübrələrdən, aqrotexnikanın son nailiyyətlərindən, yeni suvarma qurğularından istifadə etməklə, şəkər çuğundurunun məhsuldarlığının artırılmasına şərait yaratmaqla bərabər, Aran iqtisadi rayonunda əkinçiliyin böyük problemi olan torpağın şorlaşmasının qarşısının alınmasında təqdirəlayiq işlər həyata keçirirlər.

Yeri gəlmişkən, qeyd etdiyimiz nailiyyətlərin qazanılmasında mətbuatın və televiziyanın da rolu danılmazdır. Bu baxımdan İmişli rayonunda çıxan “Xalq sözü” qəzetinin əməkdaşları şəkər çuğundurunun əkilməsində, becərilməsində, yığılıb daşınmasında və emal edilməsində həmişə bizim yanımızda olurlar. “Xalq sözü” hər sahədə fəaliyyətimizin ahəngdar aparılmasına təkan verir. İndi havaların belə qızmar keçdiyi günlərdə departamentimizin mütəxəssisləri bir həftə ərzində “Xalq sözü” qəzetinin əməkdaşları ilə bərabər çuğundur əkilib-becərən 27 rayonun 15-də olub və əmək bəhsləşməsini qələmə alıblar.

Fəaliyyətimizə əvvəlcə İmişli rayonundan başladıq. Anomal istilərin tüğyan etməsinə baxmayaraq, hər yerdə adamlar taxıl biçir, ot toplayır, pambıq və çuğundur sahələrini alaqdan təmizləyib suvarırdılar. Hər yerdə sanki əmək bəhsləşməsi bulaq kimi qaynayırdı. Adamlar təbiətlə əlbəyaxa olduğu vaxtda biz İmişli rayonundakı Məzrəli kəndində sahibkar Zeyni Əliyevin becərdiyi sahədə olduq. O, bizi gülər üzlə qarşılayaraq dedi: “Ata-babadan əkinçi olmuşuq. Torpağın qədir qiymətini yaxşı bilirik. Öhdəmizdəki 60 hektar məhsuldar torpaq sahəsinə vaxtında kifayət qədər qida maddələri verərək əkinə fevral ayında başladıq. Bol suyumuz var. Ömür boyu bu imkanlardan yerli-yerində istifadə edərək sahələrdən bol taxıl, pambıq, tərəvəz, yem bitkiləri əldə etmişik. On ildən çoxdur ki, əkin dövrəmizə şəkər çuğunduru da əlavə edilib. Hamımız işlə təmin olunmuşuq, həm də yaşayış tərzimiz xeyli yaxşılaşıb. Kəndliyə bundan yaxşı nə lazımdır”.

Çaxırlı kəndi ərazisində Fikrət Hüseynovun 2 hektarlıq çuğundur sahəsinə də baş çəkdik. O da qızmar yay günündə iş başında idi. Məqsədimizi bildikdə həvəslə sözlə başladı: “Biz neçə ildir ki, ailəliklə kənd təsərrüfatının digər gəlirli sahələri ilə yanaşı, qiymətli ərzaq bitkisi olan şəkər çuğundurunun əkilib becərilməsi ilə də məşğul oluruq. Necə deyərlər, alıcımız da qapımızın ağzındadır. Yetişdirdiyimiz məhsulun hər tonunu şəkər zavoduna 62 manata sataraq, pulumuzu da vaxtında alırıq. Bu da ailəmizi həvəslə işləməyə sövq edir”.

İmişlidə digər torpaq mülkiyyətçilərinin də sahələrdə apardıqları becərmə, ziyanvericilərə qarşı mübarizə, xüsusilə suvarma işləri ürəkaçan idi.

İndi isə səfərimiz Kür çayı sahilinə - ərazisi İmişli rayonu ilə həmsərhəd olan Zərdab rayonunadır. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin adını daşıyan bu rayon respublikamızda baramaçılığın inkişaf etdirilməsinə ildən-ilə öz töhfəsini verməklə şəkər çuğunduru əkinçiliyinə də çox meyillidir. AŞİB AQRO-nun bölgə aqronomu Yolçu Vəliyev dedi ki, bu rayonda 110 hektar sahədə çuğundur əkilib. Sahənin az olmasına baxmayaraq, bu rayonda da qabaqcıl çuğundur istehsalçıları var. Şıxbağı kəndində Şahin Niftəliyevin 20, Kamran Əhmədovun 15 hektarı əhatə edən sahələrində olduq. Hər iki fermerin becərdikləri sahələrdə əkinlərin sıxlığı və inkişafı gələcək bol və keyfiyyətli məhsuldan xəbər verir.

Şahin Niftəliyev fərəhlə bildirdi ki, keçən il 20 hektardan 360 ton çuğundur əldə ediblər, inşallah, builki göstəricilərin daha yüksək olmasına çalışırlar.

Zərdab şəhərində Həsən bəy Zərdabinin möhtəşəm abidəsini ziyarət etdikdən sonra Ağsu rayonuna istiqamət götürdük. Rayonun İlxılı kənd inzibati ərazisində göz işlədikcə uzanan 110 hektar sahədə qızğın iş aparılmasının şahidi olduq. Burada traktorla cərgə aralarının yumşaldılması və əkinlərə əlavə qida maddələrinin verilməsi diqqət mərkəzində idi. Tanınmış alim, kənd təsərrüfatı elmlər namizədi Rəcəb Orucovun aqronom Famil Əhmədovla birlikdə bitkilərin inkişaf fazasını müəyyən etdikləri ilə biz də ətraflı tanış olduq. Rəcəb müəllim fərəhlə dedi: “Çoxillik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu sahələrin hər hektarından 50-60 sentner məhsul əldə ediləcək”.

Biz cəfakeş alimin rəhbərlik etdiyi kollektivə işlərində müvəffəqiyyətlər arzulayaraq Kürdəmir rayonuna yola düşdük. Rayonun Qarasaqqal kəndində mülkiyyətçi İspər Abdullayevin 9 hektarlıq əkin sahəsinə çatanda qızmar Günəş şüalarını sərin meh əvəz edirdi.

Burada çöhrəsindən zəhmət təri axan mexanizator Mahir Asifov 9 hektar sahədə son cərgələrarasını zərgər dəqiqliyi ilə yumşaldırdı. O, işini qurtardıqdan sonra bizimlə səmimiyyətlə görüşüb sahənin kənarında termusda olan çayından içməyə dəvət etdi.

Ona razılığımızı bildirərək Muğanlı kəndi istiqamətində yolumuzu davam etdirdik. Bu kənd ərazisində nar bağları ilə əhatə olunan 20 hektarlıq çuğundur sahəsi göz oxşayırdı. Axşam sərinində bitkilər pilot vasitəsilə suvarılırdı. Cüssəli və mehriban mülkiyyətçi Şirvan Əhmədov sanki bitkiyə əlləri ilə sığal çəkirdi.

Yaxınlıqda isə sahibkar Əhsən Rəhimovun 14 hektar əkin sahəsi var. Burada da əkin vaxtında aparılıb. Bitkilərin inkişafı normal qaydada təmin edilib.

AŞİB AQRO Departamenti üzrə şəkər çuğunduru sahələrinin üçdə birindən çoxu Ağcabədi, Tərtər, Ağdam, Bərdə, Goranboy rayonlarına aiddir. Odur ki, növbəti səfərimiz departamentin bölgə aqronomu Korhan Akkorla bərabər Qarabağ zonasında yerləşən bu rayonlarla idi.

Millə Qarabağı birləşdirən Ağcabədi rayonunun Kəbirli kəndindəyik. Burada 26 hektarı əhatə edən bir ərazidə onlarla qadının hünərlə sahəni alaq otlarından təmizlədiklərinin şahidi olduq. Sahibkar Vüqar Səfərova məxsus olan barlı-bərəkətli sahənin son hektarı alaq otlarından təmizlənməkdə idi. Zəhmətsevər qız - gəlinlərin həvəslə işləmələri bizdə razılıq hissi yaratdı.

Hindarxından Ağdama gedən yol boyunca uzanan şəkər çuğunduru sahələri günəşin qaynar şüaları altında bərq vururdu. Aqronom Zamanəddin Hüseynovun nəzarəti ilə mexanizator Zahir Salmanovun, Rauf Həsənovun becərdikləri 137 hektarda bitkidən başqa heç nə görmədik. Z. Hüseynov dedi ki, keçən il bu sahələrin hər hektarından 43-44 ton məhsul əldə etmişlər. Bu il isə daha çox və keyfiyyətli məhsul əldə etmək arzusundadırlar. Hindarxı ərazisində aqronom İlham Hüseynovun nəzarəti altında olan 146 hektarın becərilməsinə 90 nəfərdən çox mülkiyyətçinin cəlb edilməsi, onların çuğundur sahələrində canı-dildən çalışmalarından çox razı qaldıq.

Aqronom Zamanəddin Zeynalov AŞİB AQRO Departamenti tərəfindən Ağcabədi, Ağdam, Bərdə və Tərtər bölgələrinə nəzarətçi təyin edilib. O və həmkarları Hikmət Cəfərov, Loğman Cəfərov, Qüdrət Əsədov üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi özlərinin şərəfli vəzifələri hesab edirlər.

Tərtərlilər doğma rayonlarının ərazilərində 859, Ağdam rayonunun ərazisində isə 114 hektarda şəkər çuğunduru əkmişlər. Tərtər rayonunun aqrar aqronomu Logman Müseyibov bizə bu barədə məlumat verdikdən sonra razılıq hissi ilə bildirdi: “Şəkər çuğundurunun respublikamızda, eləcə də rayonumuzda əkilməsi çox faydalı, əlverişli olması ilə bərabər həm də indiki dövrdə işsizliyin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Mən 2012-ci ildən şəkər çuğundurunun əkilib-becərilməsi ilə məşğulam. Biz şəkər istehsalatçıları bu yeni iş yerinin açılmasına və genişləndirilməsinə görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq. Hazırda bizim rayonda bu sahədə 333 nəfər daimi işlə təmin olunub. Məhsul yığımında onların sayı ikiqat artırılacaq”.

Mülkiyyətçi Mütalib Seyidəli oğlu da Logman Müseyibovun dediklərini təsdiqləyərək qeyd etdi ki, ailəliklə 16 hektarda çuğundur əkmişlər. Bunun qazancı ailəni maddi cəhətdən təmin edir.

Bacarıqlı və təcrübəli aqronom Rüstəm Quliyev Şəmkir, Tovuz, Göygöl və Samux rayonlarında birlikdə 2340 hektarda əkilən şəkər çuğundurunun nümunəvi qaydada becərilməsinə və mülkiyyətçilərin lazımi tələblərinin ödənilməsinə cavabdehdir. O, üzərinə düşən məsul vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün iki-üç gündən bir yuxarıda adları çəkilən rayonlarda olmaqla, bütün işlərin ahəngdarlıqla aparılmasına nəzarət edir.

O, Göygöl rayonunun Ballıçı kəndində mülkiyyətçi Taleh Hüseynovun 18 hektar sahəsində bol və keyfiyyətli məhsul yetişdirdiyini foto- obyektivə almışdır.

“Xalq sözü” qəzetinin əməkdaşları olaraq biz avqust ayında şəkər çuğundurunun yığımı zamanı mülkiyyətçilərlə yenidən görüşmək arzusu ilə onlardan ayrıldıq.

P.S Biz adlarını çəkdiyimiz rayonlarda mülkiyyətçilərin necə həvəs və hünərlə çalışmalarına əsaslanaraq belə qənaətə gəldik ki, AŞİB AQRO Departamentinin kollektivinin bu il əkib-becərdikləri 8639 hektar sahədən 350 min ton keyfiyyətli şəkər çuğunduru əldə etmələri barədəki öhdəliklərini əməli işlə doğruldacaqlar.

Səməd İsmayılov

“Xalq sözü” qəzetinin baş redaktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib