Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xalq təqviminin elqovan dövrü

Naxçıvan, 21 sentyabr, Rauf Kəngərli, AZƏRTAC

Xalq arasında sentyabr-oktyabr-noyabr payız ayları sayılsa da, astronomik bölgüdə payız sentyabrın 23-də başlayır. Xalq təqvimində isə yay üç hissəyə bölünür. Bu bölgünün axırıncısına (20 avqust-20 sentyabr) “elqovan dövrü” deyirlər. Bəzən bu dövr “bürkü sınan dövr” də adlandırılır.

Eltökən

Tədqiqatçı-jurnalist Zaleh Novruzov AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışıb. Bildirib ki, Elbalı Mehrəliyev “Xalq coğrafi terminlərinin izahlı lüğətində” “elqovan”ın mövsümi külək olub, yazın axırında əsən isti, payızın əvvəlində əsən soyuq küləyə deyildiyini qeyd edir. Bu külək yazda elat tayfasını yaylağa, payızda isə arana qovur, köçməyə məcbur edir. Doğrudan da, quyruq doğduqdan sonra (5-15 avqust) yağışlar yağır, havalar isə nisbətən soyuyur. Payızın əvvəlində, sentyabrın 15-20-dən sonra yaylaqlarda yağan küləkli yağışlar bəzən qara çevrilir, yeri ağartmasa da, havanı kifayət qədər soyudur, heyvanları isə yaylaqdan köçə məcbur edir. Yağmurla müşahidə edilən bu cür küləyə “eltökən” deyirlər.

Xalq arasında belə bir deyim var: “Hələ canına isti keçməyib”. Payız yaxınlaşanda gündüzlər havalar nisbətən isti olsa da, gecələr soyuyur. Çöldə gecələyən əkinçi və çobanlar od qalayır, sərin havada tonqalın istisi adama xoş gəlir və ona görə deyirlər ki, “canına isti keçdi”. Bu, o deməkdir ki, gecə çöldə tonqalın istisi xoş gəldisə, deməli, qış qapıdadır, qış hazırlığını, görüləcək işləri sürətləndirmək lazımdır.

“Arağac”, “şah tum” və “şahrəma”

Zaleh Novruzov deyir ki, əkinçilikdə “quyruq doğdu”dan sonra şum işlərini yekunlaşdırıb səpinə başlamaq lazımdır. Rəncbər babalarımız yaxşı bilirdilər ki, yayda şumlanan əkin səpinqabağı pərşum (əvvəlki şuma çarpaz şum aparılması) olunarsa, məhsuldarlıq da artar. El arasında deyərlər ki, əkin iki yay görməlidir. Vaxtında əkilən taxıl cücərib qalxır və kök sistemi yaxşı inkişaf etdiyi üçün soyuq hava əkinə zərər vurmur. Etnoqraf Qəmərşah Cavadov “Əkinçilik mədəniyyətimizin sorağı ilə” monoqrafiyasında qeyd edir ki, xalq arasında yayda aparılan əkinə “arağac”, payızdan 20 gün keçəndən sonra başlanan səpinə “şah tum”, bir ay sonrakı əkinə isə “şahrəma” deyilərdi.

Bir məqamı da unutmaq olmaz ki, yayda əkilən dedikdə sentyabr ayının 20-dək olan dövr nəzərdə tutulur. Taxıl daha erkən əkildikdə qış yubanarsa, payızın sonlarında taxıl “boruya” gedər (sünbül borusu əmələ gəlir) və məhsul zay ola bilər. Belə hal baş verdikdə, babalarımız əkinə heyvanları salıb oranı otarardılar ki, taxıl yenidən beçə versin. Yaşlılar söyləyirlər ki, xüsusən arpa əkinlərində bir toxumdan bir və ya iki sünbül qalxır. Erkən yazda əkin sahəsi otarılarsa, hər kolda budaqların sayı artar, bol məhsul götürülər.

Halbuki müasir dövrdə torpaq mülkiyyətçiləri əkinləri bu cür otarmaqdan ehtiyat edirlər. Düşünürlər ki, əkin sahəsi otarılarsa, məhsuldarlıq aşağı düşər.

Əkini küz sula, küz olmasa, yüz sula

Tədqiqatçı-jurnalistin sözlərinə görə, əkinçi babalarımız səpin vaxtını fenoloji müşahidələrə əsasən təyin edirdilər. Əkinçilərimiz arasında “durnaların isti ölkələrə uçması səpin vaxtının başlanmasına işarədir”, - deyərlər. Mərhum etnoqraf Hacı Qadir Qədirzadə də qeyd edirdi ki, ən yaxşı taxıl yayın sonu - payızın əvvəlində əkiləndir. Toxum səpildikdən sonra suvarma da əsas şərtdir. Xalq arasında “əkini öküzün dırnağına sula” məsəli vardır. Bir də deyirlər ki, əkini küz sula, küz olmasa, yüz sula. Bəziləri bu ifadəni güz (payız) kimi izah edir. Halbuki küz heyvandarlıqda taxta, dəmir və ya tor ilə ayrılmış xüsusi hissəyə - quzuları, doğacaq və ya arıq heyvanları saxlamaq üçün yerə deyilir.

Qeyd edək ki, payızlıq əkinlər payızda suvarılmasa, quş və qarışqalar toxumu seçib aparar. Səthdə qalan, üstündə az torpaq qatı olan toxumlar az miqdarda düşən yağıntılar zamanı islanıb cücərir. Lakin bığcıq torpağa sancılıb kök sistemi əmələ gətirməyə imkan tapmamış Günəş şüası və isti toxumu qurudur, həmin toxumlar artıq cücərmə qabiliyyətini itirir, əkin seyrək alınır və bu da məhsuldarlığa mənfi təsir göstərir. Ümumiyyətlə, tarixən əkinləri suvarmaq asan olsun deyə, üç üsuldan istifadə edilib. Kərdi, mora və bu gün ən səmərəli üsul olan şırım üsulundan. Keçmişdə şırım üsulundan istifadə etmək mümkün olmadığı üçün kərdi və ya mora ayırıb toxumu səpir, ardınca isə suvarmağa başlayırdılar. Ona görə də xalq arasında “taxılı öküzün dırnağına sula” deyimi yaranıb. Yəni öküz sahədən çıxan kimi suvarmaq lazım idi.

Nə tələsirsən, sərəsovun keçməyib ki...

“Əvvəllər əkinlər suvarıldıqdan bir müddət sonra “sərəsov” vurulardı. Sərəsov taxtadan düzəldilmiş yüngül maladır. Keçmişdə sahə öküzlə (cüt və ya kotanla) şumlanar, toxum səpilib mala (tapan) çəkilərdi. Ağır ağacla çəkilən mala toxumun üstünü örtməklə yanaşı, kəsəkləri əzir və sahəni hamarlayardı. Suvarılan sahə cücərdikdən sonra ikinci dəfə yüngül taxta mala ilə hamarlanardı. Qalan kəsəklər əzilərək çalalara doldurulardı. Əks halda, qışda çalalarda duran su donaraq cücərtiləri məhv edər”, - deyən Zaleh Novruzov bildirir ki, sərəsov vaxtında vurulmalıdır, yoxsa, kəsəklər quruyub bərkiyər və sərəsov vurmağın əhəmiyyəti olmaz. Ona görə də xalq arasında bir işi görməyə tələsən adama “Nə tələsirsən, sərəsovun keçməyib ki” deyirlər.

Tədqiqatçı-jurnalist deyir: “Sentyabr ayı heyvandarlıqda da məsuliyyətli dövrdür. Keçmişdə Naxçıvanın bir çox bölgələrində heyvanları saxlamaq üçün təbii və ya dağ, eləcə də təpələrin döşündə qazılan kahalardan (mağaralardan) istifadə edilirdi. Təbii ki, bu cür mağaralarda doğulan quzuları ayırmaq, onlara qulluq etmək mümkün olmurdu. Əgər qışda çox güclü qar yağmasa, qoyunlar Novruz bayramına iki ay qalana qədər, yəni Kiçik Çilləyə qədər dağda otarılardı. Xalq təqvimində bu dövrə “qoyunu bala basan dövr” deyərdilər. Qeyd edək ki, bu cür otarma həm də tədarük olunan yem ehtiyatına qənaət etmək deməkdir. Bəzi kəndlərimizdəki təsərrüfatlarda çox heyvanı olanlar bu gün də həmin qaydaya əməl edirlər”.

“Oğlaqqıran dövrü”

Topladığı çöl tədqiqatlarına əsaslanan Zaleh Novruzova görə, sentyabr ayının ilk günlərinə “oğlaqqıran dövrü” də deyirlər. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir. Yaşlı insanlar söyləyirlər ki, “quyruq doğduqdan” sonra oğlaqların ətindən qoxu gəlir. Ona görə də damazlıq oğlaqlar seçilir və qalanları kəsilir. Bu dövrdə yağlı quzu ətindən daha çox çəpiş ətinə üstünlük verilir. Naxçıvan kəndlərində həmin dövrdə belə çəpişlərin bir qismi qurbanlıq kimi kəsilir, damazlıqlar isə sürüyə qatılır. Ta qədimdən Əshabi-Kəhf ziyarətgahına da daha çox “oğlaqqıran dövrü”ndə kütləvi axın başlayardı.

“Həftəbecər” turşusu

Sentyabr ayında məişətimizdə də müəyyən işlər görülür. Şaftalı, üzüm, zoğal mürəbbə və kompotlarını məhz sentyabr ayında tədarük edirlər. Havalar sərinlədiyi üçün badımcan-pomidordan hazırlanan yemək, salat, kabab, xiyar-pomidordan hazırlanan banka bağlamaları da, əsasən, bu ayda olur. Qısa müddətdə hazır olan, uzun müddət qalmayan “həftəbecər” turşusu da məhz bu dövrdə qoyulur. Yayda yarma çəkməyənlər yarma hazırlığı görür, bəzən havaların sərinləməsini gözləmədən əriştə kəsənlərə də rast gəlinir. Sentyabrda keçiləri sağmağı dayandırar, eyməyə yığılan “qara qatığı” çalxalayar, şorunu küpələrə yığıb, ağzını sələklə bağlayar və torpağa basdırardılar. Bir sözlə, sentyabr ayının sonunadək hər kəs öz imkanı və qabiliyyətinə uyğun olaraq qışa hazırlıq görür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib