MƏDƏNİYYƏT
Xalq Yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçiriləcəkdir
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 7-də Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Xalq Yazıçısı, SSRİ Dövlət Mükafatı laureatı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçiriləcəkdir.
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Ənvər Məmmədxanlı-100” mövzusunu əhatə edəcək konfransda “Ə.Məmmədxanlı və kino”, “Ənvər Məmmədxanlının pyesləri və tərcümə əsərləri”, “Ənvər Məmmədxanlının ssenariləri əsasında çəkilmiş filmlərin musiqisi” və s. mövzularda məruzələr dinləniləcəkdir.
Konfransda muzeyin əməkdaşları tərəfindən hazırlanmış və Ə.Məmmədxanlının əsərlərinin səhnə təcəssümünü, ssenariləri əsasında çəkilmiş filmlərdən kadrları əks etdirən videoçarx nümayiş olunacaqdır.